Hakan Fidandan terrorçulara xəbərdarlıq: Səbrimiz tükənir
Bizi izləyin

Dünya

Hakan Fidandan terrorçulara xəbərdarlıq: Səbrimiz tükənir

Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT World" telekanalına YPG terror təşkilatı ilə əldə edilən 10 mart müqaviləsi ilə bağlı mövqeyini açıqlayıb.

Publika.az xəbər verir ki, Fidan YPG-nin bir qolu olan Suriya Demokratik Qüvvələrinə (SDQ) açıq xəbərdarlıq edib.

"Terror təşkilatı SDQ müqaviləyə gecikmədən əməl etməlidir. Yenidən hərbi güc tətbiqinin tərəfdarı deyilik, müvafiq aktorların səbri tükənir. Ümid edirik ki, Dəməşq rəhbərliyi ilə SDQ arasındakı inteqrasiya dialoq yolu ilə həll olunacaq", - nazir bildirib.

Fidan hərbi həllərə müraciət etmək istəmədiklərini və Dəməşq administrasiyasının güclənməsi ilə regional əməkdaşlığın əldə edildiyini qeyd edib: "Əməkdaşlıq mexanizmi olduğu müddətcə İŞİD təhdidi ilə mübarizə apara bilərik".

Türkiyəli nazir həmçinin, son 40 ildə terrorizmlə mübarizədə geniş təcrübəyə malik olduqlarını vurğulayıb: "Heç bir terrorçu elementin Suriya xalqı və dövlətinin bərpa yoluna maneə olmasına icazə verməməliyik".

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm