Dünya
Özəl bu ölkədə Türkiyədən şikayətləndi: Ərdoğana meydan oxuyuruq, amma...
CHP sədri Özgür Özəl Avropa Sosialist Partiyasının (PES) Aİ Zirvəsi hazırlığı üçün liderlər görüşündə çıxış edib.
Publika.az xəbər verir ki, Özel Brüsseldəki çıxışında Türkiyədən şikayətlənib.
İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) istintaqında ittihamnamənin gec hazırlandığını bildirən Özel, üç böyük şəhərin bələdiyyə başçıslarının həbsdə olduğunu söyləyib:
"Hakimiyyətdəki dəyərli qardaş partiyalarımızın liderləri bizimlə həmrəylik göstərməkdə tərəddüd edirlər. Bu, Ərdoğanın Türkiyədəki mövqeyini gücləndirir. Əkrəm İmamoğlu həbsdədir. Türkiyənin üç böyük şəhərinin - Antalya, Adana və İstanbulun bələdiyyə başçıları həbsdədir.
İttihamnamənin hazırlanması 9 ay çəkdi. 9 ay ərzində Türkiyədə ümumi 75 böyük mitinq keçirdik. Bununla Ərdoğana meydan oxuyuruq. Türkiyədə böyük bir mübarizə aparırıq. Hakimiyyət orqanlarının yaratdığı problemlərin həlli yerli hakimiyyət orqanlarında axtarılmamalıdır".
Özəlin şikayəti bununla bitməyib. O, həmçinin Brüssel səfərində onunla görüşməyən Avropa Şurasının sədri Antonio Koştanı da tənqid edib: "Koştan heyran olduğum bir insandır. Amma onun yalnız açılış nitqi söyləyib belə vacib bir gündəmdən ayrılması və onunla 5 dəqiqəlik şəxsi söhbət etmək imkanımızın belə olmaması qəbuledilməzdir".
Roza
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi




































