Dünya
İldırım elektrikli avtomobili sıradan çıxardı: Sahibindən istehsalçıya məhkəmə iddiası
Ankarada ildırım vurmasından sonra nasaz hala düşən 2024-cü il istehsalı elektrikli avtomobilin təmir olunmaması ciddi mübahisəyə səbəb olub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən ilin may ayında baş verib.
Qeyd olunur ki, izmirli mühəndis Ersel Şengel güclü yağış zamanı elektrikli avtomibili ilə hərəkət edərkən yol kənarındakı transformatora ildırım düşüb. Bundan dərhal sonra avtomobil qəfil kilidlənib və tamamilə fəaliyyətini dayandırıb.
Servis mərkəzinin problemi müəyyən edə bilməməsi və avtomobilin dəyərinə yaxın xərc tələb etməsi Şengelin istehsalçı şirkətə qarşı məhkəməyə müraciət etməsi ilə nəticələnib.
O vurğulayıb ki, istehsalçı və rəsmi servis zəmanət çərçivəsində nasazlığı müəyyən etmək və aradan qaldırmaq öhdəliyini daşıyır. Çıxılmaz vəziyyətdən sonra o, qlobal avtomobil istehsalçısına qarşı hüquqi mübarizəyə başlayıb.
Şengel sözügedən avtomobili cəmi 7 aydır aldığını qeyd edib: "Hadisə anında maşında dostumla idik. Həmin an yaxşı ki, avtomobildən dərhal çıxmamışıq. Çıxmış olsaydıq ildırım bizi öldürə bilərdi. Üç-dörd dəqiqə keçdi. Maşından düşdük və təkərlərin tamamilə yaxşı olduğunu gördük. Amma maşın işə düşmədi, özü kilidlənmişdi. Çox ciddi bir fəlakətdən çətinliklə xilas olduq. Dostum və mən təsadüfən sağıq".
Roza
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi




































