Dünya
ABŞ təhlükəsizliyi "Mossad"a həvalə edilir - Nümayəndələr Palatasından ETİRAZ
ABŞ federal hökumət agentliklərinin kibertəhlükəsizliyi qapalı proses vasitəsilə, kökləri İsrail Kəşfiyyat Xidməti "Mossad"a gedib çıxan "Axonius" şirkətinə təhvil verilib.
Publika.az "The Hill" nəşrinə istinadən xəbər verir ki, Pentaqon, Xəzinədarlıq Departamenti, Daxili Təhlükəsizlik Departamenti (DHS) və Energetika Departamenti də daxil olmaqla 70-dən çox federal agentliyin rəqəmsal infrastrukturu bu şirkətə verilib.
Şirkət tərəfindən hazırlanmış sistem bütün dövlət qurumlarının cihaz, şəbəkə və istifadəçi fəaliyyətini mərkəzləşdirir. Bu sistem ABŞ ordusundan tutmuş xəzinədarlığa qədər milyonlarla federal işçinin giriş və çıxış məlumatlarını, sayt fəaliyyətini və istifadəçi şəxsiyyətlərini təhlil edir. Hətta bu məlumatlar ABŞ daxilində deyil, İsraildə yerləşən serverlər vasitəsilə emal edilir.
İsrailin ABŞ ərazisindəki casusluq fəaliyyətləri, Ağ Evin ətrafında dinləmə cihazları yerləşdirməkdən tutmuş kiber müşahidə sistemlərinə qədər illərdir sənədləşdirilib. Buna baxmayaraq, Donald Tramp administrasiyasının kiber infrastrukturu birbaşa İsrail kəşfiyyatı ilə əlaqəli bir şirkətə həvalə etmək qərarı Nümayəndələr Palatasında "Troya atı" kimi şərh edilib.
İddiaya görə, Nümayəndələr Palatası məsələ ilə bağlı araşdırma başladacaq.
Qeyd edək ki, "Axonius" 2017-ci ildə İsrail ordusunun rəqəmsal kəşfiyyat bölməsi olan "8200-cü bölmə"də xidmət etmiş üç kəşfiyyat zabiti, Din Sisman, Ofri Şur və Avidor Bartov tərəfindən təsis edilib. Təsis edilməsindən cəmi bir neçə ay sonra şirkət ABŞ-İsrail ilə əlaqəli investorlardan milyonlarla dollar maliyyə alıb.
Roza
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi




































