Dünya
Orbandan sərt açıqlama: Bu, axmaqlıqdır
"Rusiyanın aktivlərini götürüb Ukraynaya vermək Avropa İttifaqının müharibəyə daxil olması deməkdir".
Publika.az xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Belçikanın paytaxtı Brüsseldə keçirilən sammitdə deyib.
O, jurnalistlərdən birinin dondurulmuş aktivlər üçün daha çox zəmanət tələb etmək barədə sualına sərt cavab verib.
"Nə üçün zəmanət? Bu fikir axmaqlıqdır. Kiminsə pulunu götürmək. Müharibədə iki ölkə var, elə deyilmi? Avropa İttifaqı yox, Rusiya və Ukrayna. Kimsə, Aİ bir müharibə edən tərəfdən pul götürüb digərinə vermək istəyir. Bu, müharibəyə doğru irəliləmək deməkdir", - Orban söyləyib.
Qeyd edək ki, Aİ ölkələrinin liderləri Brüsseldə Ukraynaya 210 milyard avro dəyərində dondurulmuş Rusiya aktivlərinin verilməsi ilə bağlı planı müzakirə etmək üçün bir araya gəliblər. Ümumiyyəltə, Aİ Komissiyası uzun müddətdir ki, Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya təklif ediləcək kredit üçün girov kimi istifadə etmək ideyası üzərində işləyir.
Roza
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi




































