Dünya
Kılıçdaroğlu ilə bağlı yeni xəbər: Siyasətdən gedir, yoxsa...
CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunun aktiv siyasətdən uzaqlaşdığı iddia olunub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kılıçdaroğlunun yenidən sədr olmaq və ya partiya rəhbərliyini ələ keçirmək niyyətində olmadığı bildirilib.
Məlumata görə, o, bir müddətdir xəstəlikdən müalicə alan həyat yoldaşı Selvi Kılıçdaroğlunun sağlamlığı ilə daha yaxından məşğul olacaq.
Kılıçdaroğlunun gündəlik siyasətdən uzaqlaşaraq qlobal inkişaflara diqqət yetirdiyi və müxtəlif platformalarda məqalələr dərc etməyə davam edəcəyi qeyd edilib. Həmçinin o, vaxtaşırı video paylaşımlar edir və sosial media hesabında qiymətləndirmələrini verir.
Digər tərəfdən, Kılıçdaroğlunun yaxın ətrafına vəzifədə olduğu müddətdə rüşvət və korrupsiya iddiaları ilə əlaqəsi olmadığını dediyi bildirilib. "Əgər mənim dövrümdə belə iddialar olsaydı, lazımi tədbirləri görərdim", - deyə keçmiş sədr qeyd edib.
Xatırladaq ki, bu yaxınlarda Türkiyə mediasında Kamal Kılıçdaroğlunun yeni partiya qurmağa hazırlaşması ilə bağlı iddialar siyasi gündəmi sarsıtmışdı. Bu ehtimal CHP rəhbərliyi ilə müxalif qanad arasında gərginliyin artmasına səbəb olmuşdu.
Roza
-
ABŞ08:15ABŞ bu ölkədə antiterror əməliyyatına başladı
-
Nida Xəbər 07:55Azərbaycanda hərbi xidmət müddəti AZALDILACAQ - Ekspert
-
Ekopublika.az06:46Binalarla bağlı yeni qayda: Mənzillərin qiymətinə necə təsir edəcək?
-
ABŞ02:18Epşteyn işi ilə bağlı sənədlər YAYIMLANDI
-
Qoroskop01:40Günün ulduz falı: Maraqlı görüşlər baş tutacaq
-
Magazin201:20Yeni Türkiyə gözəli seçildi - FOTO
-
Sosial19 Dekabr 20:36Somalidən gətirilən ət satılmayacaq - RƏSMİ
-
Nida Xəbər 19 Dekabr 19:30Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR






.jpg)
.jpg)
















