Dünya
Bu ölkənin F-35 istəyi İsraili silkələdi: Türkiyəyə qoşulacaq
Qətər ABŞ-dan F-35 qırıcı təyyarələri almaq səylərini artırıb. Lakin İsrail bu vəziyyətdən narahatdır.
Publika.az xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" telekanalı məlumat yayıb.
Bildirilib ki, Qətər ABŞ-la F-35 qırıcı təyyarələrinin alınması ilə bağlı danışıqlar aparıb. Son təşəbbüs isə ABŞ prezidenti Donald Trampın noyabr ayında Səudiyyə Ərəbistanına F-35 satacağını elan etməsindən sonra ortaya çıxıb.
Telekanalın məlumatına görə, İsrail ilkin hazırlıq kimi görünən bu danışıqlardan narahatdır:
"Danışıqlar irəliləyərsə, Qətər F-35 almaq istəyən Səudiyyə Ərəbistanı və Türkiyəyə qoşulacaq. Digər tərəfdən, İsrail administrasiyası ABŞ-da Türkiyə və Səudiyyə Ərəbistanına mümkün satışlara qarşı fəal şəkildə lobbiçilik edir. Çünki Təl-Əviv administrasiyası F-35-lərin texnologiya baxımından öz F-35-lərini üstələyəcək şəkildə regional ölkələrə satılmasını istəmir".
Qeyd edək ki, noyabr ayında Oval Ofisdə Vəliəhd Şahzadə Məhəmməd bin Salmanla görüşündə Tramp Səudiyyə Ərəbistanı və İsrailin F-35-lərlə bağlı bərabər münasibət görəcəklərini bildirmişdi.
Roza
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi




































