Dünya
Fransızlar gedir, türklər gəlir - Səssiz bir şəbəkə yaranır
Yunanıstan mediası"SL Press" Türkiyənin Afrikadakı artan təsiri ilə bağlı təhlil dərc edib.
Publika.az xəbər verir ki, "Fransızlar gedir, türklər gəlir" başlıqlı təhlildə Ankaranın yalnız Yaxın Şərqdə, Qafqazda və Liviyada deyil, həm də Afrikanın şimalında, qərbində və şərqində səssizcə güclü bir şəbəkə qurduğu vurğulanıb.
Məlumata görə, Ankara 21-ci əsrin əvvəllərindən bəri Afrika ölkələri ilə diplomatik əlaqələrini genişləndirir, səfirliklər açır, iqtisadi tərəfdaşlıqlara girir və təhlükəsizlik sahəsində hərtərəfli müqavilələr imzalayır.
"Yerli hərbi və polis qüvvələrinin təlimi, terrorizmlə mübarizə kimi addımlar Türkiyəni Afrikanın bir çox bölgəsi ilə əlaqələndirən institusional gücə çevirib. Müdafiə sənayesindəki sıçrayış, xüsusən 2010-cu illərdən sonra Afrika ölkələrini Türkiyə PUA-larının əsas müştərilərinə çevirib. ABŞ və Avropa silahlarından fərqli olaraq, Türkiyə bu bazarda ön sıralara çıxır. Çünki dünya artıq Ankaranın müdafiə gücünə güvənir", - təhlildə qeyd olunub.

Təhlilə görə, Türkiyə Fransanın Sahel bölgəsindən geri çəkilməsi ilə yaranan təhlükəsizlik boşluğunu sürətlə doldurur və müdafiə ixracatı tarixi səviyyələrə çatıb:
“2017-ci ildə açılan TÜRKSOM hərbi təlim bazası xaricdəki ən böyük Türkiyə hərbi bazasına və Somali ordusu üçün təlim mərkəzinə çevrilib. Ölkə sahillərində Türkiyənin dəniz patrul fəaliyyətinə başlaması və Somali dəniz qüvvələrinin yenidən qurulmasındakı rolu, əslində, regional rəqiblərə bir mesajdır.
Türkiyə Afrikada yeni bir geosiyasi məkan açır, hərbi təlimlərini, kəşfiyyatını, yerləşdirmələrini, dəniz patrullarını və silah satışlarını sürətlə davam etdirir. Türkiyə güclənir və Yunanıstan da onu izləməyə məcburdur".
Roza
-
Nida Xəbər 18:10Azərbaycanda yeni gömrük yığımları tətbiq ediləcək
-
Sosial16:55Bakı sakinlərinə ŞAD XƏBƏR
-
Ekologiya16:42Əhaliyə xəbərdarlıq edildi: Yanvarın 13-ü axşamdan 14-ü axşamadək...
-
Rəsmi xronika15:56Su təchizatı ilə bağlı Dövlət Proqramı təsdiqləndi
-
Rəsmi xronika15:27Prezident müşavirə keçirdi - YENİLƏNDİ
-
Dünya14:24Müharibəyə də, dialoqa da hazırıq - İrandan Trampa cavab
-
Rəsmi xronika13:55Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti azaldıldı
-
ABŞ13:36İran içəridən partladılacaq: Vaşinqtonun GİZLİ PLANI






.jpg)






.jpg)

.jpg)
.jpg)





















