Dünya
İranda rus qadının yaşadığı dəhşət: 9 yaşlı qızını...
Sankt-Peterburq sakini təxminən iki ildir ki, azyaşlı qızı ilə birlikdə İranda gizlənir. O, uşağı doqquz yaşı tamam olan kimi onu ərə verməklə hədələyən iranlı atasından qoruyur.
Publika.az xəbər verir ki, qadın “Baza”ya verdiyi açıqlamada bildirib ki, əri ilə yeddi il əvvəl sosial mediada tanış olub. Rusiyaya köçdükdən sonra cütlük evlənib və bir il sonra qızları dünyaya gəlib. Qadın etiraf edib ki, əri ona tez-tez şiddət göstərib. Lakin ərinin qızına qarşı qeyri-sağlam marağını hiss etməyə başlayanda əsl şok yaşayıb.
Boşanma üçün müraciət etdikdən sonra ər qadını vəhşicəsinə döyüb. Qadın xəstəxanaya yerləşdirilərkən kişi altı yaşlı qızını İrana aparıb. Qadın uşağı geri almaq üçün onun ardınca gedib. Ata qızı anasına versə də, doqquz yaşı tamam olan kimi onu ərə verəcəyini və bununla varlanacağını bildirib.
Daha sonra qadın ailəsi ilə yenidən birləşmək istədiyini göstərərək hiyləgər addım atıb. Kişi razılaşaraq Rusiyadakı bütün əmlakını satıb vətəninə birdəfəlik köçməyi təklif edib. Qadın və qızı tək qalmaq fürsətini qaçırmayaraq oradan qaçıb.
Hazırda vəziyyət hüquqi baxımdan çıxılmazdır. İran qanunlarına görə, 18 yaşdan kiçik uşaq atasının rəsmi icazəsi olmadan ölkəni tərk edə bilməz. Rusiyalı insan haqları fəalı işlə bağlı Rusiya və İran xarici işlər nazirliklərinə müraciət edərək anaya kömək etməyə çalışır.
Adəm
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi




































