Dünya
Quterreşdən husilərə ÇAĞIRIŞ
18 dekabr husilərin de-fakto hakimiyyət orqanları tərəfindən daha 10 BMT əməkdaşı əsassız şəkildə saxlanılıb. Bununla da husilər tərəfindən saxlanılan BMT əməkdaşlarının ümumi sayı 69-a çatıb.
Publika.az xəbər verir ki, BMT-nin Baş katibi Antoniu Quterreş husilər tərəfindən BMT əməkdaşlarının əsassız saxlanılmasını qətiyyətlə pisləyib.
Baş katib bildirib ki, bu cür saxlanılmalar husilərin nəzarətində olan ərazilərdə BMT-nin humanitar yardım fəaliyyətini faktiki olaraq mümkünsüz edir. Nəticədə yardıma ehtiyacı olan milyonlarla insanın həyati əhəmiyyət daşıyan humanitar yardıma çıxışı məhdudlaşır.
Baş katib husiləri BMT-nin, qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının, habelə diplomatik missiyaların bütün əsassız saxlanılan əməkdaşlarını dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb. Eyni zamanda, BMT əməkdaşlarının cinayət təqibinə cəlb olunması ilə bağlı qərarların ləğv edilməsi tələb olunub.
Qeyd edilib ki, BMT Baş katibi və təşkilat üzv dövlətlərlə, Təhlükəsizlik Şurası ilə əməkdaşlıq, eləcə də husilərlə birbaşa təmaslar vasitəsilə saxlanılan bütün BMT əməkdaşlarının azadlığa buraxılması istiqamətində səylərini davam etdirəcək.
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi




































