Dünya
Suriyada çevriliş təhlükəsi: Əsədin generalları üsyan planlaşdırır
ABŞ mediası Suriyada devrilmiş rejimin bəzi yüksək vəzifəli məmurlarının silahlı üsyan hazırladığını iddia edib.
Publika.az xəbər verir ki, "The New York Times" (NYT) qəzeti bununla bağlı "Devrilmiş və sürgündə olan generallar gizlicə Suriyada üsyan planlaşdırırlar" başlıqlı təhlil dərc edib.
Təhlildə Bəşər Əsədin generallarının Suriyada üsyan və yeni hökuməti sarsıtmağı planlaşdırdığı qeyd olunub. İddiaya görə, Suriyanın Dördüncü Diviziyasının keçmiş yüksək vəzifəli komandiri, 54 yaşlı Qiyas Dalla aprel ayında Livandan edilən telefon danışığında tərəfdaşlarına "Tam silahlanana qədər başlamayacağıq" deyib. Bu prosesdə iştirak edən iki əsas fiqurun Əsədin keçmiş xüsusi təyinatlı qüvvələrinin komandiri Süheyl Həsən və keçmiş hərbi kəşfiyyat rəisi Kamal Həsən olduğu bildirilir.

Bu şəxslərin Moskvada sürgündə olmalarına və beynəlxalq sanksiyalarla üzləşmələrinə baxmayaraq səyahət etdikləri və əməkdaşlarla görüşdükləri bildirilir.
NYT onların rabitəsini araşdırdığını və nəticədə Suriya sahili boyunca müxtəlif kəndlərdən döyüşçülər və silahlı personal topladıqlarını bildirib. Qəzetə görə, 160 mindən çox döyüşçü toplanıb. Bildirilib ki, onlardan 20 mini pulemyotlara, 331-i zenit toplarına, 150-si tank əleyhinə qumbaralara sahibdir. Həmçinin, aralarında 35 snaypeçi də var.
Plan sahiblərinin Suriyada məzhəb müharibəsini yenidən alovlandırmaq istədikləri və buna görə də potensial üsyançılara müntəzəm ödənişlər edildiyi bildirilib. Həsənin Suriyadan Moskvaya qaçan suriyalı iş adamı və Əsədin daysı oğlu Rami Məxlufla işlədiyi və onun üsyanı maliyyələşdirdiyi də iddia edilir.
Kamal Həsən isə sözügedən iddiaları rədd edərək "Mən bunları siyasi və əsassız iddialar hesab edirəm" deyib.
Roza
-
ABŞ03:44Bizim İranın yaxınlığında böyük armadamız var - Tramp
-
İdman03:18Tarixə düşdü: Ronaldo və Benzemanın rekordlarını qırdı
-
ABŞ02:00ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı artdı
-
Qoroskop01:40Günün ulduz falı: Kiminləsə barışmaq üçün əla vaxtdır
-
İdman00:55“Qarabağ” İngiltərədədir - FOTO
-
Hadisə26 Yanvar 22:08Bakıda məhkəmə sədrinin oğlu arvadını bıçaqlayıb özünü binadan ATDI - FOTO
-
İdman26 Yanvar 21:26“Liverpul”la oyunda “Qarabağ”ın şansı nə qədərdir? - Beqoviç açıqladı
-
Sağlamlıq26 Yanvar 19:20Nə dərmanı var, nə peyvəndi - Ölümcül virus Azərbaycana da gələ bilər?










.jpg)



















