Əraqçi onunla danışdı - Razılığa gəldilər
Bizi izləyin

Dünya

Əraqçi onunla danışdı - Razılığa gəldilər

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Şri-Lankanın xarici işlər naziri Vijita Hert arasında yanvarın 26-da telefon danışığı olub.

Publika.az xəbər verir ki, onlar İranda baş verən son etirazları müzakirə ediblər.

Əraqçi İrana qarşı insan haqları qətnaməsini dəstəkləmədikləri üçün Şri-Lankanın xarici işlər naziri Vijita Hertə təşəkkür edib.

Tərəflər həmçinin iki ölkə arasındakı münasibətlərin gücləndirilməsi üçün birgə səyləri artırmaq, iqtisadi və ticarət sahələrində ikitərəfli əməkdaşlığı davam etdirmək və genişləndirmək, eləcə də beynəlxalq təşkilatlarda sıx məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm