Dünya
Pezeşkianın oğlu hakimiyyətə xəbərdarlıq etdi: Daha PİS OLACAQ
İran prezidentinin oğlu hakimiyyətdən internetə çıxışı bərpa etməyi tələb edib.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.
İran prezidentinin oğlu Yusif Pezeşkian ölkədə internet məhdudiyyətlərinin qaldırılmasına çağıraraq bildirib ki, hakimiyyət orqanları tərəfindən qəddarcasına yatırılan etirazların foto və videolarının yayılmasının qarşısını almaq cəhdləri heç nəyi həll etməyəcək və bununla heç nəyə nail olmaq mümkün olmayacaq.
"Bu o deməkdir ki, narazılar sırasına narazı olmayanlar da qoşulacaq. Etirazlar zamanı zorakılığı əks etdirən videoların yayımlanması gec-tez qarşılaşacağımız bir şeydir. İnternetin söndürülməsi heç nəyi həll etməyəcək. Biz sadəcə problemi təxirə salacağıq", - deyə Yusif Pezeşkian mesajlaşma tətbiqindəki paylaşımında qeyd edib.
Hökumət müşaviri Yusif Pezeşkian bildirib ki, təhlükəsizlik orqanları internet vasitəsilə təhlükəsizliyi təmin etməlidir və bu, həyati əhəmiyyət kəsb edir.
Məlumatda qeyd olunur ki, İran prezidenti və rabitə naziri bu addımı dəstəkləsə də, Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricani buna qarşı çıxıb.
İran Kompüter Ticarət Təşkilatı internetin bağlanmasının gündə 20 milyon dollara başa gəldiyini və yük maşını sürücülərinin də elektron sənədlərin olmaması səbəbindən sərhədləri keçməkdə çətinlik çəkdiklərini bildiriblər. Narazı bir treyder bildirib ki, ona gündə 20 dəqiqə nəzarətli internet girişi verilir ki, bu da az sayda e-poçta cavab vermək üçün kifayətdir, lakin iş aparmaq üçün kifayət deyil.
Adəm
-
Dünya13:18Ukrayna müharibəsinin həlli: Rusiya əsas şərtini açıqladı
-
İqtisadi gündəm12:48Kərə yağı BAHALAŞDI - Yeni qiymətlər
-
İqtisadi gündəm11:49Bu hallarda maaşlar ikiqat hesablanacaq
-
Nida Xəbər 11:45Murad Quliyevə hökm oxundu
-
Rəsmi xronika10:40İlham Əliyev Gideon Saarı qəbul etdi
-
Nida Xəbər 10:21Cəlil Əhmədov vəzifəsindən azad edildi
-
Dünya09:48Mərkəzi Banka xəbərdarlıq edildi: Hazırlaşın, kiçik yaşıl adamlar gəlir, xaos yaşanacaq
-
İqtisadi gündəm09:33Pensiya kapitalı nə qədər artırılacaq? - Rəsmi rəqəm elan olundu













.jpg)
























