Dünya
Tramp onu "axmaq" adlandırdı, məhkəmə ilə hədələdi
ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauelli məhkəməyə vermək istədiklərini açıqlayıb.
Publika.az xəbər verir ki, Floridada İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra mətbuat konfransı keçirən Tramp cari məsələlərlə bağlı sualları cavablandırıb.
O, səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatacaq Cerom Pauellin yerinə yeni namizədin yanvar ayında açıqlana biləcəyini bildirib.
Pauellə yönəlik tənqidlərini davam etdirən Tramp “FED-də bir axmaq var. Bayden onu yenidən təyin etdi. Çox heyif” deyib.
Tramp, Pauellin tikinti tarixində ən bahalı layihələrdən biri adlandırılan FED binasının təmirinə 4,1 milyard dollara qədər vəsait xərclədiyini iddia edib. “Biz Pauelli kobud səhlənkarlığa görə məhkəməyə verməyi düşünürük. O, səriştəsizdir”, - o qeyd edib.
ABŞ prezidenti Pauellin istefasını istəyib-istəmədiyi ilə bağlı suala cavabında bildirib ki, onun istefası ölkə vətəndaşları üçün yaxşı olardı: “O istefa verməlidir. Bu, vətəndaşlar üçün faydalı olardı. Mən onu vəzifəsindən uzaqlaşdırmaq istərdim, amma səlahiyyət müddətinin bitməsinə çox az qalıb. Bəlkə də hələ də bunu edə bilərəm”.
Roza
-
Avropa06:16Zelenski və həyat yoldaşının varidatı açıqlandı
-
İdman04:44"Real Madrid" ekoloji cinayətdə ittiham olundu
-
Magazin104:14Tolikin efirdə halı pisləşdi, xəstəxanaya yerləşdirildi - VİDEO
-
Dünya03:13Qrenlandiya ABŞ-la danışıqlar üçün RAZILIQ VERDİ
-
Dünya02:12Pakistandan ACI XƏBƏR - Ölənlərin sayı 67-yə çatdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kainat sizə görün nə pıçıldayır...
-
Magazin122 Yanvar 23:48Vaqif Gərayzadə Röya Ayxanın evində… - FOTO
-
İdman22 Yanvar 22:48Ronaldonun qızı “Titanik”in mahnısını oxudu - VİDEO


















.jpg)










