Avropa
Avropa İttifaqı Arktikada hərbi əməliyyatlara hazırlaşır
"Avropa İttifaqının sammit iştirakçıları Arktikada hərbi əməliyyatlara yararlı silah və texnika, o cümlədən buzqıran gəmilərin alınmasına başlamağı qərara alıblar".
Publika.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib. Onun açıqlaması Avropa Komissiyasının saytında yerləşdirilib.
O qeyd edib ki, Avropa İttifaqı uzun illər ərzində Arktikanın təhlükəsizliyinə kifayət qədər investisiya qoymayıb və bu, Avropa müdafiə fondlarından istifadə etməklə düzəldiləcək.
“Biz Arktikaya uyğun silah və texnika, o cümlədən buzqıranlar alacağıq”, – deyə Avropa Komissiyasının sədri əlavə edib.
Daha əvvəl Fon der Lyayen Avropa İttifaqının bu il öz təhlükəsizlik strategiyasını qəbul edəcəyini və bunun tərkibinə Arktika üzrə yeni strategiyanın da daxil ediləcəyini bildirmişdi. O, vurğulayıb ki, Avropa İttifaqının təhlükəsizlik strategiyasının əsas prinsipinə görə suveren xalqlar öz gələcəyini özləri müəyyən etməlidir.
Yanvarın 20-də Politico qəzeti mənbələrə istinadən xəbər verib ki, ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı iddialarına cavab olaraq, Aİ üzv ölkələrinin nümayəndələri amerikalı həmkarları ilə əlaqə quraraq, Avropa tərəfinin “hərbi” cavab verə biləcəyini çatdırmalı olublar.
Hüseyn İbadlı
-
Magazin101:11Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər


































