ABŞ
Trampdan KRİTİK AÇIQLAMA - “Gəmilər və böyük qüvvələr İrana doğru irəliləyir”
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər “ehtiyat tədbiri olaraq” İran istiqamətində hərəkət edir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
“Bizim çoxlu sayda gəmimiz həmin istiqamətə — hər ehtimala qarşı yollanır. Böyük bir donanma həmin istiqamətdə irəliləyir, görək nə baş verəcək. Böyük qüvvələr İrana doğru irəliləyir”, – deyə Tramp vurğulayıb.
Ağ Ev rəhbəri qeyd edib ki, son nəticədə heç nə baş verməməsini üstün tutardı. O əlavə edib ki, Vaşinqton vəziyyəti çox diqqətlə izləyir.
Yanvarın 22-də Davosda “Sülh Şurası”nın təsis mərasimində çıxış edən Tramp İranın ABŞ-la danışıqlara hazır olduğunu bəyan edib.
Yanvarın 21-də isə İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-a sərt xəbərdarlıqla çıxış edib. Onun sözlərinə görə, İslam Respublikasının güclü silahlı qüvvələri ölkə yeni hücuma məruz qalacağı təqdirdə “əllərində olan bütün vasitələrlə tərəddüdsüz cavab verəcək”.
Hüseyn İbadlı
-
Hadisə00:27Abşeronda yaşayış kompleksində partlayış - Sakinlər təxliyə edilir
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika27 İyul 13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək















.jpg)
.jpg)


















