İdman
"Real Madrid" ekoloji cinayətdə ittiham olundu
İspaniyanın paytaxtı Madriddə “Real Madrid” futbol klubu ekoloji qanunları pozmaqda ittiham olunub.
Publika.az xəbər verir ki, bu məlumatı İspaniyanın məşhur “El Confidencial” nəşri yayıb.
Mənbələr bildirir ki, məhkəmə klubun “Santyaqo Bernabeu” stadionunda keçirilən konsertlər zamanı səs səviyyəsinin qanunla icazə verilən həddi aşdığını təsdiqləyən sübutlara malikdir. Həmin tədbirlər xüsusilə Çamartin rayonunda yaşayan sakinlər arasında etirazlara səbəb olub.
2019–2024-cü illərdə stadionda aparılan böyük yenidənqurma işlərinə təxminən 1.7 milyard avro sərf edilib. Yenidənqurma sayəsində “Real Madrid” yalnız futbol oyunlarını deyil, həm də böyük musiqi konsertlərini qəbul edə biləcək infrastruktura malik olub. Stadionda keçirilən konsertlər klub üçün əhəmiyyətli gəlir mənbəyi olub, lakin bunun fəsadları da özünü göstərib.
Çamartin rayonunun sakinləri konsertlərin səs-küyündən narazılıq edərək həm yerli bələdiyyəyə, həm də birbaşa klubun rəhbərliyinə müraciət ediblər. Şəhər bələdiyyəsinin tətbiq etdiyi cərimələrdən sonra “Real Madrid” müvəqqəti olaraq stadionda konsertlərin keçirilməsini dayandırmaq məcburiyyətində qalıb.
Ekspertlər hesab edirlər ki, məhkəmənin qərarı yalnız “Real Madrid” üçün deyil, bütün böyük stadionlara və əyləncə tədbirlərinə də nümunə olacaq, çünki ekoloji qanunların pozulması artıq mühakimə predmetinə çevrilir.
Hüseyn İbadlı
-
MDB15:32Putin Məmmədovla Gevorkyanı təltif etdi
-
MDB15:02Ukraynanın ağır dronları 2 min km qət etdi, Uxtanı vurdular: Neft emalı zavodu yanır
-
Nida Xəbər 14:50Hakimiyyəti zorla ələ keçirmək istəyənlərin - TAM SİYAHISI
-
Nida Xəbər 14:18Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən pulları Fuad Qəhrəmanlı belə alıb - Video
-
Nida Xəbər 13:28DTX “Boz kardinal”ın şok səs yazısını yaydı - Video
-
Nida Xəbər 13:12Ramiz Mehdiyevin evindən görün nə qədər pul çıxdı - Video
-
Yaxın Şərq13:10ABŞ çox şey tələb edir, müharibə olacaq - Fidandan xəbərdarlıq
-
Magazin113:03Samirə efirdə bəd xəbər aldı: Təcili getdi - VİDEO










.webp)


.jpg)




.jpg)



















.jpg)
