“Türkiyə ovçusu” bölgədə: Onlar təşviş içindədir, hər an hədəf ola bilərlər
Bizi izləyin

Dünya

“Türkiyə ovçusu” bölgədə: Onlar təşviş içindədir, hər an hədəf ola bilərlər

Cənubi Kipr mətbuatı Türkiyənin kritik sistemini Şimali Kipr Türk Respublikasında (ŞKTR) yerləşdirdiyini və bu sistemin Kipr Rum ordusunu iflic edə biləcəyini irəli sürüb.

Publika.az xəbər verir ki, bu barədə hərbi tədqiqatçı Yiannos Çaralambidesin məqaləsi "Simerini" qəzetində dərc edilib.

Onun iddiasına görə, Türkiyənin HİSAR hava hücumundan müdafiə sistemi ŞKTR-də yerləşir və sistem Ankaranın "Polad Günbəz" adlandırdığı inteqrasiya olunmuş hava hücumundan müdafiə arxitekturasının bir hissəsi olaraq bölgədəki strateji ərazilərdə fəaliyyətə başlayıb.

Xəbərə görə, HİSAR pilotsuz uçuş aparatlarına, silahlı və silahsız dronlara, helikopterlərə və qırıcı təyyarələrə qarşı "Türkiyənin ovçusu" rolunu öz üzərinə götürür.

Bu sistem 120 kilometr mənzilə malikdir və müstəqil şəkildə fəaliyyət göstərə bilir. Həmçinin Türkiyənin şəbəkə mərkəzli komanda və idarəetmə sistemi olan HAKİM vasitəsilə digər radar və silah sistemləri ilə inteqrasiya olunmuş şəkildə işləyir. Bu struktur sayəsində bölgələrdəki bazalar, hava limanları və kritik infrastruktur sahələri real vaxt rejimində qorunur.

"Sistem Beşbarmaq dağlarında yerləşdirilən 500 kilometr mənzilli TRS-22XX radarı və Gönyelidə 250 kilometr mənzilli STR-700G radarı ilə inteqrasiya olunmuş şəkildə işləyir. Bu radarlar HİSAR-ın komandanlıq və idarəetmə strukturuna qoşulub, təhdid mənbəyini dərhal aşkarlayır və ən uyğun silah sisteminin aktivləşdirilməsini təmin edir", - xəbərdə qeyd olunub.

İddiaya görə, Türkiyənin bölgədəki çəkindirmə qabiliyyətini artıran bu strukturun Avropa İttifaqında gündəminə gətirilməsi gözlənilir. Qəzetdə bu yerləşmənin bölgədəki hərbi balansı dəyişdirə və Türkiyənin ŞKTR-dəki gücünü daha da artıra biləcəyi vurğulanıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm