Arxiv açıldı: I Yelizavetaya yazılan intim məktub üzə çıxdı
Bizi izləyin

Dünya

Arxiv açıldı: I Yelizavetaya yazılan intim məktub üzə çıxdı

Böyük Britaniyanın Milli Arxivi orta əsrlərdən 20-ci əsrə qədər olan dövrdə yazılan sevgi məktublarını yayıb.

Publika.az xəbər verir ki, arxiv materialları "Sevgi məktubları" adlı sərgidə nümayiş etdirilir.

“AP News”un məlumatına görə, eksponatlar arasında Robert Dadlinin ölümündən sonra yatağının yanında tapılan Kraliça I Yelizavetaya göndərdiyi intim mətinli məıktub, Kral VIII Henrinin beşinci həyat yoldaşı Ketrin Hovardın gizli sevgilisinə yazdığı məktub və Lord Alfred Duqlasın Kraliça Viktoriyaya sevgilisi Oskar Uayldın əfv edilməsi üçün etdiyi yalvarış dolu məktub var.

Sərginin kuratoru Viktoriya İqlikovski-Brod qeyd edib ki, təqdim olunan sənədlər monarxlar, siyasətçilər, məşhurlar və casuslarla yanaşı, adi insanları da əhatə edir.

İqlikovski-Brod deyir ki, "Biz sevgi məktubunun potensialını açmağa çalışırıq. Sevgi ifadələrinə müxtəlif və bəzən gözlənilməz yerlərdə rast gəlmək olar".

Onun sözlərinə görə, sərgidə sevginin müxtəlif formaları nümayiş etdirilir: eyni cinsli münasibətlər axtaran elanlardan tutmuş sevimli qadınların əsgərlərə yazdığı "müharibə məktubları”na qədər.

Sərginin ayrıca bir bölməsi Britaniya kəşfiyyat zabiti Con Kernkrossun keçmiş sevgilisinə yazdığı məktuba həsr olunub. 1944-cü ilə aid məktub ilk dəfə bu sərgidə ictimaiyyətə təqdim olunub.

Keçmiş sevgilisinə yazdığı məktubda Kernkross birlikdə qala biləcəklərini düşünürdü. Daha sonra onun sovet casusu (sözdə "Kembric beşliyindən" biri) olduğu ifşa edildi.

Onun yanında Kral VIII Henrinin beşinci həyat yoldaşı Ketrin Hovardın gizli sevgilisi Tomas Kalpeperə yazdığı 1541-ci ilə aid məktubu təqdim olunur.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm