Dünya
Zelenski açıqladı: Bu, 4 aydan sonra ilk dəfə baş verəcək
Ukrayna və Rusiyanın tezliklə yeni bir əsir mübadiləsi aparması gözlənilir. Bu, dörd aylıq fasilədən sonra ilk dəfə olacaq.
Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam çıxışında bildirib.
Zelenski qeyd edib ki, Əbu-Dabidə ABŞ və Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyəti bugünkü görüş barədə ona məlumat verib. Ukrayna rəsmiləri həmçinin, Amerika tərəfi ilə ayrıca əlaqə saxlayıblar.
"Danışıqların ara nəticələrini bu gün müzakirə etdik. Onlar sabah davam edəcək. Bu da əhəmiyyətli bir addım olacaq. Tezliklə əsir mübadiləsi gözləyirik. Əsirlər evlərinə qaytarılmalıdır", - deyə Zelenski qeyd edib.
-
Sosial10:35Turizmdən ən az gəlir əldə edən ölkə Azərbaycandır – Dəyişiklik olacaq?
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi


































