Nida Xəbər
Hacıbala Abutalıbov Qaxdan qovuldu
Ölkə mediası bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun Qaxın Ağçay kəndindən Bakıya köçməsi barədə xəbərlər tirajlayıb. Əldə edilən məlumatlara görə, Hacıbala Abutalıbov bu addımı məcburən atıb. Onun sakinlərlə məişət zəminində ciddi iğtişaş yaşadığı qeyd edilir. Ona görə də sabiq mer artıq xeyli müddətdir Qax ərazisində görünmür. Hətta sakinlər tərəfindən qovulduğu iddiaları var.
Publika.az xəbər verir ki, Modern.az iddialarla əlaqədar olaraq Qax rayon İcra Hakimiyyətinin İlisu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sədri Həşim Həsənovla əlaqə saxlayıb.
İcra nümayəndəsi saytımıza açıqlamasında Hacıbala Abutalıbovla bağlı onda heç bir məlumatın olmadığını bildirib:
“Hacıbala Abutalıbovu görməmişəm, hazırda harada olması barədə də məlumatım yoxdur. O vaxt xəbərim var idi, indi yoxdur. Haradadır, necədir bilmirəm. İşimiz o qədər çoxdur ki, yalnız vətəndaş müraciət etdiyi halda məsələdən xəbərdar oluruq”, - deyə H.Həsənov qeyd edib.
Ağçay kəndi İlisu inzibati ərazi dairəsinə daxildir.
Xatırladaq ki, Hacıbala Abutalıbov 3 ilə yaxındır ki, Qax rayonunun Ağçay kəndində yaşayırdı. Keçmiş merin bu kəndə köçməsinin əsas səbəbi həyat yoldaşının əslən oralı olması ilə bağlıdır.
H.Abutalıbov 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı işləyib. 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Baş nazirin müavini vəzifəsində çalışıb. 2001-ci ilin yanvar ayında Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilib.
Düz 18 il Bakı Şəhəri İcra Hakimiyyətinə rəhbərlik edən cənab Abutalıbov 21 aprel 2018-ci il tarixində bu vəzifədən azad edilib. Elə həmin gündə Prezidentin sərəncamı ilə Baş nazirin müavini təyin edilib. 21 oktyabr 2019-cu ildə Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsindən də azad edilərək təqaüdə göndərilib.
2021-ci il martın 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Hacıbala Abutalıbov qurumun İdarə Heyətindən kənarlaşdırılıb. O, hazırda YAP-ın Veteranlar Şurasının üzvüdür.
Milli Məclisin Qaxı təmsil edən deputatı Əli Məsimli məsələ ilə bağlı onda heç bir məlumatı olmadığını bildirib.
Hacıbala Abutalıbov isə telefon zənglərimizə cavab vermədiyindən məlumatı onunla dəqiqləşdirmək mümkün olmayıb.
-
Rəsmi xronika17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil16:28Keçid balları düşəcək?
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər
-
Hadisə13:21Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
Sosial12:46Sabah yağış yağacaq
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi





































