Yaxın Şərq
Dünyanı lərzəyə salan addım: İranda nüvə silahı... - Fətvaya ehtiyac olmayacaq
İranın nüvə proqramı ətrafında gərginlik pik həddə çatıb. Beynəlxalq vəziyyətin kəskinləşməsi və təhlükəsizlik mühitinin dəyişməsi fonunda Tehranda illərdir qüvvədə olan dini qadağanın (fətvanın) yenidən nəzərdən keçirilməsi təklif olunub.
Publika.az xəbər verir ki, bu barədə "İranlı jurnalistin gündəliyi" "Telegram" kanalı məlumat yayıb.
Bir qrup nüfuzlu din alimi ölkənin ali rəhbərliyinə rəsmi müraciət ünvanlayıb. Müraciətdə nüvə silahının yaradılmasını və ona sahib olmağı qadağan edən mövcud fətvanın ləğv edilməsi və ya ona yenidən baxılması təklif edilir.
Xatırladaq ki, İranda nüvə silahının hazırlanmasına dair qadağa 2000-ci illərin əvvəllərindən qüvvədədir və ölkənin ali rəhbəri tərəfindən təsdiqlənib. Lakin son illər regionda artan təhdidlər Tehranın bu "qırmızı xətti" keçə biləcəyi ilə bağlı müzakirələri yenidən alovlandırıb.
Ekspertlər hesab edir ki, əgər bu fətva dəyişdirilərsə, bu, Yaxın Şərqdə hərbi balansın tamamilə dəyişməsi və nüvə silahlanması yarışının yeni mərhələyə keçməsi demək olacaq.
Müəllif: Adəm
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi



































