Yaxın Şərq
İran Trampın “ən zəif nöqtəsinə” zərbə vurdu
İranın İslam Respublikası ABŞ prezidenti Donald Trampın ən həssas nöqtəsinə - Amerika iqtisadiyyatına zərbə vurub.
Publika.az xəbər verir ki, bu barədə "Strategic Culture Foundation" portalında dərc olunan məqalədə bildirilib.
Məqalə müəllifinin fikrincə, İranın neft bazarına təsir imkanlarından istifadə etməsi, eləcə də Hörmüz boğazından keçən gəmilərdən yüksək rüsum tələb etməsi və yüklərin yuanla alındığını təsdiqləmək şərti qoyması ABŞ iqtisadiyyatına ciddi təsir göstərə bilər. Bu isə ABŞ-da keçiriləcək aralıq seçkilər ərəfəsində Vaşinqton üçün həssas məsələ hesab olunur.
Yazıda qeyd olunur ki, Tehran təkcə neftə deyil, həm də dünya üzrə bir sıra xammal tədarükü marşrutlarına faktiki nəzarət edir. Helium, gübrə, ərzaq və kükürd turşusu kimi məhsulların daşınması böyük ölçüdə Hörmüz boğazından asılıdır və bu marşrutun üç həftədən çox bağlanması qlobal çatışmazlıq yarada bilər.
Məqalədə, həmçinin vurğulanır ki, İranın əlində belə iqtisadi rıçaqların olması və İsrail və ABŞ tərəfindən mümkün bombardmanlara cavab verməyə hazır olması fonunda Trampın münaqişədən çıxış yolu tapması çətin görünür. Müəllif qeyd edir ki, İsrail artıq “rejim dəyişikliyi” ümidindən imtina edərək ABŞ-dan Xark adasını nəzarətə götürməyi tələb edir.
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi



































