Gənc qız anasını bıçaqladı, bacılarını girov götürdü
Bizi izləyin

Dünya

Gənc qız anasını bıçaqladı, bacılarını girov götürdü

Psixi problemləri olan gənc qız mübahisə zəminində anasını bıçaqlayıb, bacılarını isə girov götürüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Konyanın Selçuklu mahalı Sakarya məhəlləsi Yanık Ali küçəsində baş vermiş hadisə zamanı 20 yaşlı Günəş D. anası Ayşə D.-ni bıçaqladıqdan sonra 3 bacısını evdə girov saxlayıb.

Qapını bağlayan və evin qarşısına gələn polisləri “İçəri daxil olsanız, özümü pəncərədən atacam” deyə təhdid edən Günəş hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib.

İddiaya görə, ədliyyədə katiblik edən Günəş iki aydır işə getmirmiş. Elə bu səbəbdən də onunla anası arasında mübahisə yaranıb. Mübahisənin davaya çevrilməsindən sonra psixi problemləri olan 20 yaşlı gənc qız anasını bıçaqlayıb, onu əlindən yaralayıb. Bundan sonra qonşular hadisə ilə bağlı polisə məlumat veriblər. Vəziyyətin qəlizləşdiyini görən Günəş evin qapısını bağlayıb və anası ilə bacılarını girov götürüb. O, polisin təslim olmaqla bağlı tələbinə məhəl qoymayıb. Mətbəx əşyalarını evyandan polislərə atmağa başlayıb. Yalnız 2 saatdan sonra polislər Günəşi yaxalayıblar. O, hüquq-mühafizə əməkdaşlarının müşayiəti ilə dindirilmək üçün polis idarəsinə aparılıb.

Faktla bağlı araşdırmalar davam edir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm