Putinin xüsusi nümayəndəsindən Ukrayna müharibəsi ilə bağlı şad xəbər: İrəliləyiş var
Bizi izləyin

Dünya

Putinin xüsusi nümayəndəsindən Ukrayna müharibəsi ilə bağlı şad xəbər: İrəliləyiş var

Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kiril Dmitriyevin sözlərinə görə, Avropanın Ukraynadakı münaqişənin həlli üçün danışıqlara mane olmaq cəhdləri sülh prosesində irəliləyişin olduğunun göstəricisi sayılmlıdır.

Publika.az xəbər verir ki, xüsusi nümayəndənin sözlərini “RİA Novosti” agentliyi sitat gətirib.

"Bir göstərici Avropa və Britaniyadan olan müharibə alovlandırıcılarının bu prosesi daim pozmağa, ona müdaxilə etməyə çalışması ola bilər. Və bu cür cəhdlər nə qədər çox baş verirsə, deməli, bir o qədər də mütləq irəliləyiş olduğunu görürük", - deyə RDIF rəhbəri qeyd edib .

Fevralın 5-də Rusiya, Ukrayna və ABŞ arasında münaqişələrin həlli üzrə üçtərəfli danışıqların ilk günü başa çatıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Əbu-Dabidə keçirilən görüşün məhsuldar olduğunu bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm