Region
Bütün region partlayacaq: Rusiyadan İran açıqlaması
ABŞ və İran arasında gərginliyin artması bütün Yaxın Şərq üçün potensial olaraq partlayıcıdır.
Publika.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunu Diplomatlar günündə RT televiziya kanalı üçün Rik Sançesə verdiyi müsahibədə bildirib.
"Xüsusilə də nəzərə alsaq ki, bu vəziyyət təkcə İranın özü üçün deyil, bütün Yaxın Şərq üçün potensial olaraq partlayıcıdır. Burada partlamağa hazır olan və sadəcə tapdalanmağı gözləyən çoxlu sayda mina var", - deyə Lavrov bildirib.
O, İranın Rusiyanın yaxın tərəfdaşı olduğunu və Yaxın Şərqdəki vəziyyətin necə inkişaf etdiyinə biganə qalmadığını vurğulayıb.
"İran bizim yaxın tərəfdaşımız və qonşumuzdur. Əlbəttə ki, hadisələrin hazırda necə cərəyan etməsi bizi maraqlandırır... Və düşünürəm ki, İsrail, Amerika və İran vəziyyətin həllinə və əvvəllər əldə edilmiş razılaşmalara riayət olunmasının təmin edilməsinə töhfə verməyə hazır olduğumuzu bilirlər", - deyə Rusiya xarici işlər naziri deyib.
Tural
-
Region11:58Erməni nazir İranı təriflədi - Tehran və İrəvan ikinci körpünü tikəcək
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
Magazin211:26Castin Biberin həyat yoldaşı geyimi ilə gündəm oldu - FOTO
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Avropa10:57Bütün Almaniya onu axtarır - Kansler "sərt şəkildə cəzalandırılacaq!" dedi
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
































