Türklə evlənən rus qadın baldızı gilə qonaq gəldi: İstanbulda qiymətləri görüb dəli oldu
Bizi izləyin

Region

Türklə evlənən rus qadın baldızı gilə qonaq gəldi: İstanbulda qiymətləri görüb dəli oldu

Uzun illər Amerikada yaşayan bir rus qadın son səfərindən dörd il sonra qohumlarını ziyarət etmək üçün İstanbula gəlib. O, şəhəri tanımayıb. Buna səbəb şəhərin görkəmi ilə bağlı olsa da, onu heyrətləndirən əsasən qiymətlərin artımı olub.

Publika.az məlumatı Rusiya mətbuatından əldə edib.

Rus qadın etiraf edib ki, ən çox qiymət etiketlərindən şoka düşüb.

Dörd ildir İstanbula gəlmədiyini deyən Yelena şoka düşdüyünü bildirib: "Qiymətlər inanılmazdır. Xüsusilə də ət üçün. İtim yalnız çiy ət yeyir. Quzu ətini hansısa bahalı bazardan deyil, adi supermarketdən alırıq. Bir kiloqramı 44 dollara (təxminən 75 manat) başa gəlir. Onu 30 dollara da (51 manat) almaq olar, amma hər iki halda da qışqırmaq istəyirəm: dəli olmusunuz? Ət necə bu qədər baha başa gələ bilər? Amerikada bu qədər pula mərmər mal əti almaq olar. Bu qəddarlıqdır!"

Rus qonaq türklərin qiymət artımlarından şikayətləndiyini bildirib: "İnsanlar bu barədə daim danışırlar. Biz baldızımın evində qonaq qalırıq, Onların da hamısı "o, bu qədər bahalaşıb, flan şey bu qədər bahalaşıb" deyə, qiymət artımından şikayətlənir".

Qonaq deyib ki, lakin turizm bölgələrində vəziyyət fərqlidir. Çoxlu insan var, restoranlar tam doludur: "Mən Qalataportda gəzirdim, orada müasir incəsənət muzeyi, mağazalar, restoranlar var. 1864-cü ildən bəri açıq olan köhnə bir şirniyyat dükanında oturmaq üçün növbədə gözləməli oldum. Təsəvvür edə bilərsiniz, 4 dollara (7 manat) bir fincan çay üçün növbə var idi. Vay! Və mənim bir sualım var: deməli, insanların pulu var. Bəs onlar pulu haradan qazanırlar?"

Rus qadın İstanbulda orta təbəqə üçün demək olar ki, kütləvi bazar mənzillərinin olmadığını görüb təəccüblənib. Bildirib ki, bununla belə, hər yerdə premium komplekslər tikilir: "Əvvəllər orta təbəqə üçün çoxlu mənzil tikirdilər: gözəl, səliqəli evlər, heç bir əlavə elementi olmurdu. Amma indi ətrafda dəbdəbəli yaşayış kompleksləri, dəbdəbəli mənzərələr görürəm. Hovuzlar, saunalar, damda tennis kortları. Bir kompleksdə mənzillərin qiyməti bir milyon dollardan (1.7 milyon manat), digərində isə 800.000-dən (1.4 milyon manat) başlayır. Ərimdən soruşuram ki, "Hüseyn, bunu kim alacaq?" O, çiyinlərini çəkir".

Və Yelenanı dəli edən ən son şey siqaret çəkmək məsələsi olub.

"Hər yerdə siqaret çəkirlər! Çöldə hava gözəldir, amma hamı siqaret çəkdiyi üçün terrasda oturmaq mümkün deyil. İçəri keçirəm. Həyat yoldaşım 2014-2015-ci illərdə Türkiyədə kafelərdə və kafelərin qarşısındakı küçələrdə siqaret çəkməyin qadağan edildiyini bildirir. Sonra qanun ləğv edilib, çünki insanlar bunun ayrı-seçkilik olduğunu söyləyib. İstanbulda yeniyetmələrdən tutmuş yaşlılara qədər hamı siqaret çəkir. Həm də elektron siqaretlər yox, adi - ziyanlı siqaretlər. Gənclər hətta ictimai yerlərdə gəzərkən belə siqaret çəkirlər. Ərimə dedim ki, bax, hətta gənc qızlar da siqaret çəkir. O isə əllərini yelləyib, "Bəli dəhşətlidir" dedi".

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm