Nida Təhlil
Danışıqlardan imtina və Trampdan Pekinə zəng: İrana hücum planı işə düşür
ABŞ-ın danışıqlardan imtina etməsi Tehranın mövqeyindən qaynaqlanır. İran Türkiyədə planlaşdırılan, ərəb ölkələrinin də iştirak edəcəyi görüşün yerini Omana dəyişdirməklə iki hədəfə nail olmaq istəyir.
Birincisi, ABŞ-la danışıqların ikitərəfli formatda keçirilməsi;
İkincisi, danışıqların daha öncə Omanda keçirilən görüşün gündəliyinə uyğun davam etməsi – nüvə proqramı ətrafında məhdudlaşdırmaq;
Bu, ABŞ və İsrailin tələblərinin – nüvə və raket proqramı, proksi qüvvələrə dəstək məsələsinin gündəmdən çıxarılması və Tehranın diktə etməsi deməkdir. Bu baxımdan, Vaşinqtonun etirazı gözlənilən idi. ABŞ-ın imtina etməsi İran məsələsinin masada həll edilməsi yollarını çətinləşdirir, hərçənd, Vaşinqton diplomatik qapını hələ də açıq saxlayır. Dövlət katibi Marko Rubio İran qarşısında şərtləri açıqlayıb: nüvə proqramı, ballistik raketlər, terror təşkilatlarına (proksi qüvvələr) dəstək və hökumətin xalqa münasibət məsələsi. Rubionun açıqlamasından görünür ki, ABŞ görüş yerinin dəyişdirilməsini müzakirə edə bilər, lakin gündəliyi dəyişmək niyyətində deyil.
Oman görüşünün ləğv edildiyi xəbərini təkzib edən rəsmi Tehran isə cümə günü Vaşinqtonla danışıqların keçiriləcəyini vurğulayıb. İstisna deyil ki, ABŞ-ın görüşdən imtina açıqlaması İranı “hərbi ssenari” ilə çəkindirmək və masada konstruktiv müzakirələrə sövq etmək gedişidir. Hərçənd, mövcud vəziyyətdə Tehranın ABŞ-ın tələblərini qəbul edəcəyi ehtimalı sıfıra bərabərdir, çünki belə bir gündəlik İran rejiminin təslim olması deməkdir. Vaşinqton da öz növbəsində gündəliyindən imtina etməyəcək. Bu reallıq fonunda Oman görüşü baş tutsa belə, diplomatik həll variantının aktuallığı azalır.
Burada bir məqam xüsusilə diqqət çəkir: hərbi müdaxilə riski ilə üzləşən İranın diplomatik kanalları təhlükə altına atması və “diktə edən tərəf” kimi çıxış etmək cəhdinin səbəbləri nədir?
- Bölgəyə hərbi qüvvə toplayan ABŞ-ın müdaxilədə tərəddüd etməsi;
- Region ölkələrinin hərbi müdaxiləyə qarşı çıxması, nəticədə Vaşinqtonun ciddi müxalif mövqe ilə üzləşməsi;
- Rusiya və Çinin (xüsusilə Pekinin) dəstəyi; İranın bu ölkələrlə birlikdə hərbi təlim keçirmək planı bu fikri gücləndirir;
Lakin İranın “diktə cəhdləri” mövcud vəziyyətə adekvat görünmür.
a) Regiona genişmiqyaslı hərbi qüvvə toplayan ABŞ evə “əliboş” qayıtmaq niyyətində deyil;
b) İranın Türkiyə və ərəb ölkələrinin vasitəçilik təşəbbüsündən imtina etməsi region ölkələrinin hərbi ssenariyə yanaşmasını dəyişə bilər;
Və ABŞ-ın İrana müdaxiləni asanlaşdırmaq məqsədilə Çinin mövqeyinə təsir etməsi (Ukrayna müharibəsinə görə Moskva Pekinlə müqayisədə həlledici rol oynamır) də gözləniləndir. Trampın bu gün Si Cinpilə telefon danışığı – İran da daxil olmaqla geosiyasi məsələləri müzakirə etməsi və eyni gündə Vaşinqtonun Tehranla danışıqlardan imtina etməsi bu kontekstdə təsadüfi deyil. Mümkündür ki, ABŞ masada razılaşmaq istəməyən İran rejiminə qarşı müdaxilənin yolunu “təmizləyir”.
Asif Nərimanlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


