Dünya
Yunan nazirdən Türkiyə ilə bağlı mühüm bəyanat: "Biz etməsək, kim edəcək?"
Yunanıstan xarici işlər naziri George Yerapetritis Yunanıstan mediasına Türkiyə ilə balğlı diqqətçəkən açıqlamalar verib.
Publika.az xəbər verir ki, yunan nazir Türkiyədə Yunanıstan baş naziri Kiriakos Mitsotakis ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşü qiymətləndirib.
Yerapetritis son illərdə ikitərəfli münasibətlərin əsasını təşkil edən siyasi dialoqun, müsbət gündəliyin və etimadqurucu tədbirlərin mühüm nəticələr verdiyini vurğulayıb. Qeyd edib ki, əsas problemlər hələ də həllini gözləsə də, iki ölkə arasında funksional mehriban qonşuluq münasibətləri inkişaf etdirilir.
O, ikitərəfli münasibətlərdəki çətin məsələlərin həlli üçün hələ danışıqlar çərçivəsinin qurulmadığını vurğulayıb: "Ortaq fikir budur ki, münasibətlərimizdə gərginliyimizi idarə edə və kommunikasiya kanallarından istifadə edə biləcəyimiz qənaətbəxş səviyyədəyik. Digər tərəfdən, bu, daha çətin məsələlərə doğru irəliləməyimiz üçün uyğun şərait yaradır".
Yerapetritis hər iki liderin ikitərəfli münasibətlərdə normallaşma və problemləri həll etmək üçün addımlar atmağa hazır olduqlarını ifadə edərək, "Biz etməsək, kim edəcək?" ifadəsini səsləndirib.
Qeyd edək ki, dünən Mitsotakis Türkiyə ilə Yunanıstan arasında keçirilən 6-cı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Nümayəndələrarası Görüşləri çərçivəsində Ankaraya səfər edib və Ərdoğanla görüşüb. Görüşlərdən sonra ikitərəfli münasibətlərdə əməkdaşlığı artırmağı hədəfləyən bir sıra müqavilələr imzalanıb.
Roza
-
Dünya15:50Yerin 15 kilometr dərinliyində aşkar edildi: İllərlə gizli qalıb
-
Yaxın Şərq15:43İran ABŞ-ın İsfahan planını ifşa etdi: Bütün gəmilərinizi batırarıq
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:58Türkiyə müharibəyə hazırlaşır: Orduya görün hansı tapşırıq verildi
-
İdman14:28Ulduz futbolçu kubokları bu gözəllə birlikdə qazanır - FOTOLAR
-
Magazin114:15Toya 700 qonaq çağırıb: Gəlininə nə hədiyyə edəcək?
-
İqtisadi gündəm13:16Qiymət artımını necə dayandırmaq olar? - Deputat açıqladı
-
Yaxın Şərq12:40Çindən İrana həlledici zəng: Bunu etməlisiniz!







.jpg)

























