Yaxın Şərq
İran ABŞ-ın İsfahan planını ifşa etdi: Bütün gəmilərinizi batırarıq
İran İslam İnqilabı rəhbərinin hərbi müşaviri Möhsün Rezai ABŞ-a qarşı kəskin bəyanatlarla çıxış edərək, bölgədə gərginliyi pik həddə çatdıracaq mesajlar verib.
Publika.az xəbər verir ki, SEPAH-ın keçmiş komandanı Tehranın ABŞ-ın bütün hərbi gəmilərini batırmağa hazır olduğunu bəyan edib.
Rezainin sözlərinə görə, İranın raket kompleksləri artıq ABŞ gəmilərini birbaşa hədəfə alıb. O, həmçinin Vaşinqtonun Tehranı iqtisadi və hərbi cəhətdən zəiflətmək planlarının boşa çıxdığını vurğulayıb.
Müşavir ABŞ-ın gizli hərbi planlarından birinin də üstünü açıb. O bildirib ki, Vaşinqton İsfahan şəhərinə desant qüvvələri endirməyi və İranın uran ehtiyatlarını ələ keçirməyi planlaşdırıb. Rezai düşmən üzərində təzyiqin artırılmasının vacibliyini qeyd edərək, ABŞ-ın dəniz blokadası cəhdlərini uğursuz adlandırıb.
Qeyd edək ki, Möhsün Rezai hazırda İranın Məsləhət Şurasının üzvüdür və ölkənin hərbi elitasında mühüm söz sahiblərindən biri hesab olunur.
Müəllif: Adəm
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı


















.jpg)
















