Dünya
İran bundan tamamilə məhrum edilməlidir! - Netanyahu
İsrailin baş naziri Benyamin Netanyahu İranın təkcə uranın zənginləşdirilməsi prosesini dayandırmasının yox, ümumiyyətlə bu fəaliyyətlə məşğul olmaq imkanlarından məhrum edilməsinin vacib olduğunu bildirib.
Publika.az xəbər verir ki, Netanyahu bu fikirləri Qüdsdə ABŞ-nin aparıcı yəhudi təşkilatlarının rəhbərləri ilə görüşü zamanı səsləndirib.
O, fevralın 11-də ABŞ Prezidenti Donald Trampla apardığı danışıqların nəticələrinə toxunaraq, Vaşinqtonla Tehran arasında razılaşmanın əldə olunacağına dair yenidən şübhələrini ifadə edib. Netanyahu bildirib ki, İranla istənilən razılaşma bir neçə əsas şərti özündə ehtiva etməlidir və bu şərtlər təkcə İsrailin deyil, həm də ABŞ-nin, regionun və ümumilikdə dünyanın təhlükəsizliyi baxımından vacibdir.
Onun sözlərinə görə, birinci növbədə bütün zənginləşdirilmiş materiallar İran ərazisindən çıxarılmalıdır. İkinci şərt isə uranın zənginləşdirilməsi ilə bağlı hər hansı fəaliyyətin tamamilə dayandırılmasıdır. Netanyahu vurğulayıb ki, söhbət prosesin müvəqqəti dayandırılmasından yox, bu işə imkan verən avadanlıq və infrastrukturun sökülməsindən gedir. Üçüncü məsələ kimi isə ballistik raketlərlə bağlı problemlərin də həll olunmasının vacibliyini qeyd edib.
Xatırladaq ki, fevralın 6-da Omanda İranın nüvə proqramı ətrafında yaranmış böhranın nizamlanması ilə bağlı ABŞ və İran arasında danışıqların yeni mərhələsi keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ tərəfinə isə prezidentin xüsusi elçisi Stiven Uitkoff rəhbərlik edib. Bundan əvvəl Ağ ev İrana qarşı güc tətbiqi imkanının ciddi şəkildə nəzərdən keçirildiyini bəyan etmişdi. İsrail isə israr edir ki, Tehran təkcə nüvə proqramını məhdudlaşdırmamalı, həm də ballistik raket arsenalını ixtisar etməli və Yaxın Şərqdəki müttəfiqlərinə dəstəyi dayandırmalıdır. (Teleqraf)
-
Qoroskop01:40Günün ulduz falı: Hissləriniz sizə doğru istiqaməti göstərəcək
-
Nida Təhlil 15 Fevral 23:15Emin Hüseynovun qadın paltarında qaçışını kimlər təşkil etmişdi? - Detallar
-
İdman15 Fevral 22:20Messinin sevgililər günündə Antonellaya nə hədiyyə etdiyi bəlli oldu
-
Magazin115 Fevral 20:56Bu dəlilərin əlindən sosial şəbəkəyə girə bilmirəm - Nadir əsəbləşdi
-
Kriminal15 Fevral 19:48Azərbaycanda dəhşətli olay: 46 yaşlı kişinin üzərinə spirt töküb od vurdu
-
Nida Xəbər 15 Fevral 16:20İlham Əliyevlə Aleksandar Vuçiç arasında təkbətək görüş keçirilib
-
Nida Xəbər 15 Fevral 16:10Prezident Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi - Fotolar
-
MDB15 Fevral 13:45İndoneziyalı siyasətçilər və iş adamları Putini qəhrəman sayırlar
























.jpg)



.jpg)





