MDB
Rusiya "Starlink"ə elə bir alternativ hazırladı ki... - Foto
Rusiyanın "Barraj-1" pilotsuz stratosfer platforması söndürülmüş "Starlink" terminallarını əvəz etmək iqtidarındadır.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Serhiy Beskrestnov ("Fleş" çağırış nömrəli) məlumat verib.
Onun sözlərinə görə, platformanın əsas funksiyası peyk rabitəsinə alternativ olaraq 5G mobil rabitəsini retranslyasiya etməkdir. "Barraj"ların işə salınması yerüstü qüllələrin tikilməsinin çətin olduğu geniş əraziləri yüksəksürətli internet və rabitə ilə təmin etməyə imkan verir.
Fevralın əvvəlində "SpaceX" xüsusi əməliyyat zonasında istifadə olunan "Starlink" peyk sistemi terminallarını bloklamağa başlayıb. Milyarder İlon Mask bildirib ki, şirkət Rusiya hərbçilərinin "Starlink"lərdən istifadəsinə qarşı "tədbirlər görüb".
İki həftə sonra isə ilk "Barraj"ın fəaliyyətə başladığı elan edilib. Platforma 100 kiloqrama qədər faydalı yükü 20 kilometr hündürlüyə daşımaq üçün nəzərdə tutulub.
Hüseyn İbadlı
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə23 Sentyabr 13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
















.jpg)





















