Klopp imicini dəyişdi: Görün necə oldu - Foto
Bizi izləyin

İdman

Klopp imicini dəyişdi: Görün necə oldu - Foto

“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp məşqçilik karyerasındakı fasilə zamanı tamamilə yeni imici ilə azarkeşləri təəccübləndirib.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdəki son paylaşımlara əsasən, 58 yaşlı mütəxəssis həyatının yeni mərhələsindən zövq aldığını açıq şəkildə nümayiş etdirir. Klopp bığlı və azca qısaldılmış saqqallı fotosunu paylaşaraq zarafatla özünü Ted Lasso serialının qəhrəmanı ilə müqayisə edib. Lakin bununla kifayətlənməyib.

Maynts şəhərində keçirilən ənənəvi karnaval ərəfəsində Klopp daha da irəli gedərək “Yellowstone” serialında Kevin Kostner tərəfindən canlandırılan Con Datton obrazına bürünüb. Kovboy üslubunda olan fotosunu belə şərh edib: “Bu gün Ted Lasso yox, Con Datton! Maynts karnavalı, başlayaq…”.

Xatırladaq ki, Klopp 2024-cü ilin mayında “Liverpul”da keçirdiyi 9 illik dövrü başa vurduqdan sonra yorğunluğunu əsas gətirərək məşqçilik fəaliyyətinə fasilə verib. 2025-ci ilin yanvarından isə “Red Bull GmbH” şirkətində qlobal futbol istiqamətinin rəhbəri vəzifəsində çalışır və şirkətin futbol sisteminə daxil olan bütün klubların fəaliyyətini koordinasiya edir.

Bu gönderiyi Instagram'da gör

Jürgen Klopp (@kloppo)'in paylaştığı bir gönderi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm