Dünya
ABŞ himayədarlıqdan rəsmən imtina etdi: Avropanın gözü Türkiyədə
ABŞ-ın Avropa qitəsi üzərində ənənəvi himayədarlığına rəsmi olaraq son qoyduğunu açıqlaması Avropa ölkələri arasında rəqabətə səbəb olub.
Publika.az "Milliyet"-ə istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merts, əsas Avropa konsepsiyasına uyğun olaraq, Almaniya və yaxın qonşularının öz maraqları naminə yenidən sənayeləşmə təşəbbüsünə başlayacağını açıqlayıb.
O qeyd edib ki, bu proses çərçivəsində Türkiyə, Böyük Britaniya, Yaponiya və Kanada kimi ölkələrlə strateji əməkdaşlıq edəcəklər.
Bunun əksinə olaraq, Fransa prezidenti Emmanuel Makron, Aİ-nin Fransanın nüvə çətirinin rəhbərliyi altında ABŞ-dan tədricən ayrılmalı olduğunu iddia edib. O, strateji muxtariyyət əldə edən Avropanın yenidən dünyada dominant gücə çevrilə biləcəyini vurğulayıb. Digər tərəfdən, İtaliya və Polşa transatlantik münasibətlərin yalnız ABŞ-ın nüvə çətiri ilə bağlı olmadığını və Avropanın Vaşinqtonla əlaqələrini heç vaxt kəsməməli olduğunu bildiriblər.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ-ın tənqidlərini "xəbərdarlıq" kimi xarakterizə edərək, bu vəziyyətin "Avropa oyanışına" səbəb olduğunu deyib. O, Brüsselin müdafiə və təhlükəsizlik sahəsində üçüncü ölkələrlə quracağı strateji əməkdaşlıqlardan bəhs edərək, Avropanın öz təhlükəsizliyi üçün əsas məsuliyyəti öz üzərinə götürməli olduğunu vurğulayıb.
Bildirilir ki, Aİ-nin Türkiyə ilə Yaxın Şərq, Qafqaz, Qara dəniz, Şimali və Şərqi Afrika kimi bölgələrdə əməkdaşlığı hər iki tərəfin maraqlarına uyğun olacaq və transatlantik münasibətləri də gücləndirəcək. Bu məqamda Türkiyənin Avropa təhlükəsizlik arxitekturasında harada və hansı şərtlər altında iştirak edəcəyini dəqiq müəyyənləşdirməsi olduqca vacibdir.
Aİ-nin qitə təhlükəsizliyini yalnız öz üzvləri və İslandiya, Böyük Britaniya və Norveç kimi məhdud sayda üçüncü ölkələr ilə məhdudlaşdıraraq Türkiyəni kənarda qoymaq cəhdi Avropanın təhlükəsizliyini gücləndirməyəcək. Bu məqamda Türkiyənin hazırladığı hərtərəfli yol xəritəsi həyati əhəmiyyət kəsb edir.
Roza
-
Qoroskop00:10Günün ulduz falı - Səmimiyyət ən böyük silahınız olacaq
-
Dünya5 Mart 23:12Bu ölkədə qırıcı təyyarə yoxa çıxdı
-
Magazin15 Mart 21:50Tolikin yeni layihəsi bəlli oldu
-
İnanc5 Mart 21:45Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı
-
Sosial5 Mart 21:00Qapısı açıq evlərə girmək istəyirmiş - Video
-
ABŞ5 Mart 20:36İsrail Tehrana 13-cü zərbə dalğasını başlatdı
-
MDB5 Mart 20:25Tokayev Naxçıvana edilən dron hücumunu pislədi
-
Magazin25 Mart 19:50Məşhur ulduzun qolları qandallandı

























.jpg)



.jpg)






