ABŞ səmasında sirli partlayış: NASA məlumat yaydı - Video
Bizi izləyin

Dünya

ABŞ səmasında sirli partlayış: NASA məlumat yaydı - Video

ABŞ-ın Ohayo və Pensilvaniya ştatlarında səmada ağ izlər qoyan parlaq bir cisim müşahidə edilib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) məlumat yayıb.

Saatda 72 min kilometr sürətlə hərəkət edən cisim səhər saatlarında Eri gölü üzərində görülüb və meteorit Ohayo ştatının Medina qraflığı yaxınlığında parçalanıb.

Bəyanatda bildirilib ki, parçalanma nəticəsində təxminən 250 ton TNT-yə bərabər enerji ayrılıb. Bu isə partlayış səsinin eşidilməsinə və bölgədə titrəmələrin hiss olunmasına səbəb olub.

Milli Hava Xidməti (NWS) bu cisimin atmosferə daxil olan bir meteor olduğunu qeyd edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm