ABŞ
Ən böyük aviadaşıyıcı yandı, donanma iflic oldu - ABŞ ordusunda nə baş verir?
ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) gözlənilməz texniki nasazlıqlar və Yaxın Şərqdəki gərginlik fonunda aviadaşıyıcı parkının istismar proqramını təcili dəyişmək məcburiyyətində qalıb.
Publika.az xəbər verir ki, bu barədə "The War Zone" nəşri məlumat yayıb.
Bildirilir ki, bayraqdar gəmilərində baş verən yanğınlar və uzanan təmir müddəti donanmanın imkanlarını sıfıra endirib.
Məlumata görə, ABŞ-ın ən müasir aviadaşıyıcısı "USS Gerald R. Ford" göyərtəsində baş verən yanğından sonra sıradan çıxıb və təmir üçün Krit adasına göndərilib. Nəticədə strateji bölgədə cəmi bir gəmi ("USS Abraham Lincoln") qalıb ki, bu da Pentaqonun manevr imkanlarını məhdudlaşdırıb.
Yaranan böhranı aradan qaldırmaq üçün donanmanın ən yaşlı gəmisi olan "USS Nimitz"in istismar müddəti 2027-ci ilə qədər uzadılıb. Eyni zamanda, yeni "USS John F. Kennedy" gəmisinin istifadəyə verilməsi qeyri-müəyyən müddətə təxirə salınıb. Digər gəmilərin, o cümələdən "USS Dwight D. Eisenhower"in təmiri isə aylardır yekunlaşmır.
Adəm
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR












.jpg)




















.jpg)
.jpg)