Netanyahunun cibindən çıxardığı sui-qəsd siyahısı: Kimlərin adı var? - VİDEO
Bizi izləyin

Dünya

Netanyahunun cibindən çıxardığı sui-qəsd siyahısı: Kimlərin adı var? - VİDEO

İsrailin baş naziri Benyamin Netanyahu “X” hesabında ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi ilə birlikdə videolarını yayımlayıb.

Publika.az ABŞ mediasına istinadən xəbər verir ki, bu görüntülər İranla münaqişədə öldüyü iddia edilən Netanyahunun sağ olmasının sübutu kimi şərh olunub.

Görüntülərdə ən diqqətçəkən detal Netanyahunun cibindən çıxardığı siyahı olub.

Netanyahu, bunun "sui-qəsd siyahısı" olduğunu bildirərək, İranı və onun bölgədəki məqsədlərini birbaşa hədəf alan açıqlamalar verib.

"Adları siyahıdan çıxarmaq çox xoşdur, bunu amerikalı dostlarımızla çiyin-çiyinə etmək daha da gözəldir”, - deyə o qeyd edib.

Mayk Hakabi Netanyahunun sərt açıqlamasına yumoristik bir şərhlə cavab verərək "Xoşbəxtlikdən, mənim adım həmin siyahıda yoxdur" deyib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm