İnsan sağlamlığı üçün yeni qlobal təhlükə aşkarlandı
Bizi izləyin

Dünya

İnsan sağlamlığı üçün yeni qlobal təhlükə aşkarlandı

İqlim dəyişikliyi səbəbindən temperaturun yüksəlməsi insanların fiziki aktivliyini birbaşa azalda və vaxtından əvvəl ölüm riskini artıra bilər. Tədqiqatçılar 2000-2022-ci illər dövrü üzrə 156 ölkədən alınan məlumatları təhlil edərək bu qənaətə gəliblər.

Publika.az xəbər verir ki, araşdırma nəticələri "The Lancet Global Health" jurnalında dərc olunub.

Alimlər müəyyən ediblər ki, temperaturun 27,8 dərəcədən yüksək olduğu hər əlavə ay fiziki cəhətdən qeyri-aktiv insanların payının təxminən 1,4% artmasına səbəb olur. Bu təsir xüsusilə aşağı və orta gəlirli ölkələrdə nəzərə çarpır ki, burada isti hava idman və gündəlik aktivlik imkanlarını daha çox məhdudlaşdırır.

Proqnozlara görə, 2050-ci ilə qədər fiziki qeyri-aktivlik səviyyəsi, xüsusən də tropik bölgələrdə artmağa davam edəcək. Bu, hər il əlavə yüz minlərlə ölüm halına və məhsuldarlığın aşağı düşməsi, həmçinin səhiyyə sistemlərinə düşən yükün artması səbəbindən əhəmiyyətli iqtisadi itkilərə gətirib çıxara bilər.

Müəlliflər vurğulayırlar ki, problem yeni həll yolları tələb edir: şəhərlərin istiyə uyğunlaşdırılmasından və əlçatan kondisionerli idman məkanlarının yaradılmasından tutmuş, əhalinin risklər barədə məlumatlandırılmasına qədər. Əks halda, iqlim dəyişikliyi təkcə ekoloji deyil, həm də qlobal sağlamlıq üçün ciddi təhdidə çevrilə bilər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm