Sosial
Azərbaycanda dövlət qulluqçularının maaşları ilə bağlı subyektivlik erası bitir: Detallar
Azərbaycanda dövlət qulluqçularının əməkhaqqı sistemində köklü islahatlara start verilir. Belə ki, qanunvericiliyə edilən son dəyişikliklərlə dövlət qulluqçularına verilən mükafat və əlavələr artıq əməkhaqqının baza hissəsinə daxil ediləcək. Bu yeniliyin dövlət qulluğunda çalışanların sosial rifahına və sistemin şəffaflığına necə təsir edəcəyi ictimaiyyət tərəfindən maraqla qarşılanır.
Mövzu ilə bağlı Publika.az-a açıqlama verən “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, ƏƏSMN yanında İctimai Şuranın üzvü Sahib Məmmədov bildirdi ki, əvvəlki qaydalara əsasən dövlət qulluqçularının vəzifə üzrə maaş tərkibi əməkhaqqı, ona edilən əlavələr və mükafatlardan ibarət idi. Həmin əlavələr isə staja, dövlət səlahiyyətinə və digər meyarlara görə bir neçə yerə bölünərək ödənilirdi.
Ekspert vurğuladı ki, indi isə dövlət qulluğu haqqında qanuna edilən dəyişikliyə əsasən vahid və sabit əməkhaqqı sistemi yaradılır:
"Bu o deməkdir ki, əvvəlki qanuna görə mükafat ola da bilərdi, olmaya da bilərdi, kiməsə düşürdü, kiməsə düşmürdü, amma indi bu proses tam sabitləşir".

S.Məmmədov əlavə etdi ki, yeni sistemin ən müsbət tərəfi əvvəllər əlavələrə iddiası olmayan şəxslərin də əməkhaqqısının artmasıdır. Onun sözlərinə görə, tutaq ki, şəxs işə yeni qəbul olunub və stajı yoxdur, bu səbəbdən də əlavə vəsait almırdı. Lakin bundan sonra həmin şəxslər də işlədiyi dövlət qurumunun kateqoriyasından, ixtisas dərəcəsindən və vəzifəsindən asılı olaraq daha yüksək və sabit əməkhaqqı alacaqlar.
"Əməkhaqqı artımının sabitləşməsi həm də korrupsiyaya qarşı mübarizənin bir tərkib hissəsi kimi qiymətləndirilməlidir. Maaşlar stabilləşdikcə, korrupsiya göstəriciləri aşağı düşür. Bu baxımdan da bu addım mühüm bir tədbirdir", - deyə hüquq müdafiçisi qeyd etdi.
Sahib Məmmədovun sözlərinə görə, bu islahat həm də dövlət qulluğunda işləyənlərin ümumi əməkhaqqı fondunun həcmini proqnozlaşdırmağı asanlaşdıracaq ki, bu da dövlət orqanlarının işinin daha çevik təşkilinə gətirib çıxaracaq.
Ekspert bu metodun dünya praktikasında, o cümlədən Gürcüstanda, Şərqi Avropada, Baltikyanı ölkələrdə və Cənub-Şərqi Asiyada geniş yayıldığını, ölkəmizdə tətbiq edilməsinin isə yeni bir islahat modeli olduğunu bildirdi.
Adəm Abbaslı
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA
-
Dünya16:44Daşqın qurbanlarının sayı 700-ə çatır - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
MDB15:40Yeni Buça dəhşəti - 37 ölü, 42 yaralı var(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA























.jpg)










.jpg)

.jpg)