Region
Ən yüksək maaşı onlar alır
2026-cı ildə Rusiya əmək bazarında ən yüksək maaş alan peşələr açıqlanıb.
Publika.az xəbər verir ki, TASS-ın araşdırmasına əsasən, siyahıya avtomobil boyama sənəti üzrə mütəxəssislər liderlik edir.
Məlumata görə, ixtisaslı avtomobil boya ustalarının orta aylıq əməkhaqqı 180 min rubldan (təxminən 3500 AZN) çox olub. İşəgötürənlər bu sahədə çalışan mütəxəssislərə orta hesabla 181 596 rubl ödəməyə hazırdırlar. Bu göstərici ötən illə müqayisədə təxminən 38 faiz artım deməkdir.
Analitiklər bildirirlər ki, bu peşəyə tələbatın artması avtomobil təmiri və xidmət sahəsində yüksək dəqiqlik və müasir texnologiyalara olan ehtiyacla bağlıdır. Bununla belə, əməkhaqqı səviyyəsi işçinin təcrübəsi, işlədiyi region və iş şəraitindən asılı olaraq dəyişir.
Reytinqdə ikinci yeri qaynaqçılar tutub. Onların orta aylıq maaşı 167 132 rubl (3100 AZN) təşkil edib. Üçüncü pillədə isə monolit işləri üzrə beton ustaları qərarlaşıb və onların orta qazancı 163 076 (3000 AZN) rubl olub.
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi


































.jpg)
