Nida Təhlil
İranı idarə edən gizli şəbəkə: rejim müharibədə necə “sağ qalır?” - DETALLAR
İranın hərbi-siyasi rəhbərliyinin sıra ilə öldürülməsinə rəğmən, rejimin hələ də “sağ qalması” müharibənin ən müəmmalı və maraqlı sualı hesab oluna bilər. Xamenei və “təpədəkilər”in aradan götürülməsindən sonra sistemi idarə edənlər, yaxud idarə etdiyi görünən fiqurlar da eyni aqibətlə üzləşir, lakin İranın müqaviməti hələ də davam edir. Bu necə baş verir?
Bunun iki əsas səbəbdən qaynaqlandığını demək mümkündür.
1. Rejimin idarəetmə sistemi;
2. Müharibədə tətbiq etdilən taktika;
Teokratik rejimin təpəsində ali dini lider dayansa da, əsas idarəetmə “Beyt” adlanan mərkəz tərəfindən həyata keçirilir. Bu, dini liderin olmaması, yaxud öldürülməsi, eləcə də hərbi-siyasi rəhbərliyin bu və ya digər səbəblərdən təcrid edilməsi halında idarə aparatının işləməsini təmin edən sistemdir.
“Nüvə İranına qarşı birlik” (UANİ) təşkilatının 12 günlük müharibədən sonra hazırladığı hesabatda “Beyt”in 4 min nəfərdən ibarət gizli şəbəkə olduğu qeyd edilir və rejimin gücünün “əsas nüvəsi” adlandırılırdı. “Kölgə aparatı” rolunu oynayan bu şəbəkə ölkədə bütün sferalara nəzarət edir, daxili təhlükəsizlikdən tutmuş xarici siyasətə qədər hər bir mühüm qərarın qəbulunda həlledici rol oynayır. “Beyt”in aşağı halqası hesab olunan 40 minə yaxın şəxs isə bütün strukturlarda yerləşir.
Bu sistem teokratik rejimin rəhbərliyinin öldürülməsi halında dərhal əvəzlənməsi və sistemin davamlılığının təmin olunması imkanları yaradır.
İran müharibədə də bu sistemin praktiki formada tətbiqinə əsaslanan doktrina üzrə hərəkət edir. Bu, xarici işlər naziri Abbas Araqçının müharibənin ilk günlərində açıqladığı “Mərkəzləşdirilməmiş Mozaika Müdafiəsi” taktikasıdır. Bu taktika mərkəzi komandanlıq olmadan döyüş qabiliyyətini davam etdirmək və rejimin yaşamasını təmin etməkdir.
- Silahlı qüvvələrin – ordu, SEPAH və digər strukturların rəhbərliyi öldürülərsə, aşağı rütbəlilər dərhal onları əvəz edir;
- Yerlərdə komandirlər mərkəzi məlumatlandırmadan, yaxud hansısa təlimatı gözləmədən hərəkət edirlər;
Məlumatlara görə, İran bu planı ABŞ-ın İraqa müdaxiləsindən sonra hazırlayıb. 20 illik planda komandanlığın əvəz edilməsinin, eləcə də alt birliklərdə komandirlərin əmr almadan hansı addımları atacağının detalları yer alır. “Fars xəbər agentliyi”nin məlumatına görə, hərbi komandirlərin əvəz edəcək şəxslərin sayı 3-7 nəfər arası dəyişir. Pezeşkian da bildirmişdi ki, “mərkəzlə əlaqə kəsiləcəyi, yaxud komandirlər və liderlər öldürüləcəyi təqdirdə, silahlı birliklərə “öz istəkləri” ilə hərəkət etmək üçün geniş səlahiyyətlər verilib”. Rejimin davamlılığının təmin edilməsinə hesablanmış bu taktikada İran müharibəni qazanmasa da, uzunmüddətli və dağıdıcı etməklə müqaviməti təşkil edir.
Bu idarəçilik və döyüş doktrinası müharibədə proqnozlaşdırılması çətin olan perspektivlər yaradır.
a) ABŞ və İsrail hava zərbələri ilə İranı tamamilə məhv etsə, eləcə də bütün hərbi-siyasi rəhbərlik aradan götürülsə belə, rejim davamlılığını saxlamaq imkanlarına malikdir;
b) Hakimiyyətin dəyişməsinin mümkün yolu kimi görünən quru əməliyyatında belə İran dərinliklərində rejim qüvvələri ilə döyüşün nəticələri dumanlıdır;
“Mərkəzləşdirilməmiş Mozaika Müdafiəsi”nin İran region üçün riskləri də var.
- İran üçün əsas problem siyasi liderlərin qərarvermə prosesindən uzaqlaşması, hərbi rejimin güclənməsidir, həmçinin, mərkəzi hakimiyyətin zəifləməsi uzunmüddətli perspektivdə ölkəyə nəzarətin itməsi riskləri yaradır;
- Region üçün əsas problem gedişində “başsız” qalan rejim qüvvələrinin qonşu ölkələrə hücumlar təşkil etməsi, müharibə arealının genişlənməsidir;
Bütün bunlar mümkün razılaşma olmayacağı təqdirdə (bu, hələki qeyri-real görünür), İran müharibəsinin uzun müddət davam edəcəyi və regional təhlükəsizliyə ciddi təhdidlər yaradacağını da deməyə əsas verir.
Asif Nərimanlı
-
Qoroskop00:00Günün ulduz falı - Qorxmadan ilk addımı atın
-
ABŞ19 Mart 22:48Tramp bu dili öyrənəcəyinə söz verdi
-
Magazin119 Mart 22:36Şəbnəmdən İDDİALI AÇIQLAMA - “Onlara ən çox pul verən mənəm”
-
Sosial19 Mart 21:12Çak Norris xəstəxanaya yerləşdirildi
-
Magazin119 Mart 20:12Vəfa Şərifova ərə gedir? - “Haydı, salamat qalın”
-
Sosial19 Mart 19:36Bayram ərəfəsində bazarda qiymətlər necədir? - Video
-
Səhiyyə19 Mart 18:24Sığortaolunanları dərman və tibbi vasitələrlə bu qurum təmin edəcək
-
Rəsmi xronika19 Mart 17:59İlham Əliyev Fərman imzaladı






































.jpg)
