Yaxın Şərq
ABŞ Hörmüz boğazını açmaq üçün hücum təyyarələri göndərib
ABŞ və onun müttəfiqləri Hörmüz boğazı vasitəsilə gəmiçiliyi bərpa etmək üçün həyata keçirilən əməliyyat çərçivəsində İranın dəniz qüvvələrinə və pilotsuz aparatlarına qarşı zərbə aviasiyasından istifadə edib.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ hərbçilərinə istinadən məlumat yayıb.
A-10 Thunderbolt II hücum təyyarələri boğazda sürətli katerlərə zərbələr endirir, AH-64 Apache helikopterləri isə İranın guya gəmilərə və regiondakı infrastruktura hücumlarda istifadə etdiyi pilotsuz uçuş aparatlarının məhv edilməsində iştirak edir.
ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Dan Caine bildirib ki, A-10 artıq cənub istiqamətində yerləşdirilib və Hörmüz boğazında sürətli katerlərə zərbələr endirir, “Apache” helikopterləri isə əməliyyata qoşulub.
Qeyd olunur ki, bu kampaniya Pentaqonun İran katerləri, minalar və qanadlı raketlərdən qaynaqlanan təhdidləri azaltmaq məqsədi daşıyan çoxmərhələli planının bir hissəsidir.
-
Kriminal18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi



































