İran “Həqiqi Vəd 4” əməliyyatının 75-ci dalğasına başladı
Bizi izləyin

Dünya

İran “Həqiqi Vəd 4” əməliyyatının 75-ci dalğasına başladı

İran “Həqiqi Vəd 4” əməliyyatının 75-ci dalğasının həyata keçirildiyini açıqlayıb.

Publika.az “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

Bildirilib ki, əməliyyat İsrail və ABŞ-a məxsus hədəflərə qarşı yönəlib.

Məlumata görə, hücum “Ya Fatimə əz-Zəhra” kod adı ilə və şəhid olmuş rəsmilərin xatirəsinə icra olunub.

Açıqlamada qeyd olunur ki, zərbələr əməliyyat kəşfiyyat bölmələrinin əldə etdiyi məlumatlar əsasında endirilib. Hədəflər sırasında İsrail qüvvələrinin istifadə etdiyi yeni məntəqələr və hərbçilərin gizləndiyi bölgələr də yer alıb.

Həmçinin, ABŞ-ın İrana qarşı hava əməliyyatları üçün əsas bazalarından biri kimi təqdim edilən Əl-Xərcdə yerləşən hava bazası ballistik raketlərlə vurulub.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm