MDB
Simonyan gileyləndi - İndi də övladı sağalmaz xəstəlik tapıb
Beynəlxalq media qrupu olan "Rossiya Seqodnya"nın və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan növbəti dəfə ailə problemləri ilə bağlı gündəmə gəlib.
Publika.az xəbər verir ki, o, rejissor Tiqran Keosayandan olan övladlarından birinin ağır xəstə olduğunu açıqlayıb. Simonyan "Vesti"yə müsahibəsində şəxsi həyatının təfərrüatlarını bölüşüb.
Simonyan qeyd edib ki, uşağının xəstəliyi əri komaya düşən zaman məlum olub. Erməni əsilli jurnalistin sözlərinə görə, bu səbəbdən o, ərinin xəstəxana otağında qalmayıb.
"Tiqran komaya düşəndə məlum oldu ki, uşaqlarımızdan birində ciddi və dərin xəstəlik var. Bu xəstəliyi müalicə etmək mümkün deyil", - deyə o qeyd edib.
Simonyan onu da vurğulayıb ki, o hələ də bu barədə danışa bilmir, mövzu onun üçün olduqca ağırdır. O, baş verənləri fəlakət adlandırıb. Simonyan uşağının diaqnozunu açıqlamaqdan imtina edib.
Xatırladaq ki, Simonyan ötən ilin sentyabında xərçəngdən müalicə olunduğunu da açıqlamışdı.
Tural
-
Rəsmi xronika17:32Prezident İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi






































.jpg)
