Nida Xəbər
Mirzoyandan etiraf: Bakı İrəvandan bunu tələb etmir, amma xəbərdarlıq edir ki...
Azərbaycan danışıqlar zamanı Ermənistan Konstitusiyasında dəyişiklik tələb etmir, lakin mövcud müddəalar qalacağı təqdirdə sülh müqaviləsi imzalamayacağı barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan bazar ertəsi parlamentin Xarici Əlaqələr Komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, Ermənistan dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasında Azərbaycan üçün problemli olan heç bir bənd, xüsusən də ərazi iddiaları yoxdur. Bundan əlavə, tərəflər sənədi bu cür iddiaları istisna edən Alma-Ata Bəyannaməsinə istinad edərək imzalayıblar.
Digər tərəfdən, əgər kimsə bu cür iddiaları siyasi və ya digər kontekstdə görürsə, Mirzoyanın fikrincə, onlar Azərbaycan Konstitusiyasında da eyni dərəcədə və ya daha böyük dərəcədə görünə bilər.
Mirzoyan həmçinin bildirib ki, Azərbaycan prezidenti danışıqlar zamanı Ermənistandan Konstitusiyanın dəyişdirilməsini tələb etmir.
"Sizi əmin etmək istəyirəm ki, Azərbaycan Ermənistan Konstitusiyasında dəyişikliklər tələb etmir. Amma başqa bir şey də var və onlar bunu açıq şəkildə deyirlər. Bildirirlər ki, Konstitusiyanızda bu cür ifadələr olduğu müddətcə biz onu imzalamağı planlaşdırmırıq", - Mirzoyan deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi bu mövqeyi nəzərə alaraq cavab verib. Bəli, hər iki tərəfin bu məsələyə yanaşması fərqlidir.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsini təhlükə adlandırmışdı.
Tural
-
Rəsmi xronika23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Magazin220:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin219:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək
-
Kriminal19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto
-
Region17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
-
Nida Xəbər 14:40Publika.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI







.jpg)





.jpg)





















