ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi - Nə baş verir?
Bizi izləyin

Dünya

ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi - Nə baş verir?

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boinq C-17A Globemaster III” tipli hərbi nəqliyyat təyyarəsi Türkiyə ərazisində təcili eniş həyata keçirib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Kos adası yaxınlığından havaya qalxdıqdan sonra Türkiyə hava məkanında olarkən fövqəladə siqnal göndərib.

“Ekipaj 7700 kodu ilə siqnal verib. Bu, göyərtədə fövqəladə vəziyyətin olduğunu göstərir”, – mənbə bildirib.

Qeyd edək ki, 7700 siqnalı beynəlxalq aviasiyada fövqəladə hal — texniki nasazlıq, tibbi vəziyyət və ya digər riskli situasiyalar zamanı istifadə olunur.

Hadisənin səbəbi hələlik açıqlanmayıb. (Axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm