ABŞ
Ağ Evdən Zelenskiyə şok ittiham
ABŞ dövlət katibi Marko Rubio Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtonun təhlükəsizlik zəmanətlərini Donbasdan geri çəkilmə şərti ilə bağlaması barədə açıqlamalarını kəskin şəkildə təkzib edib.
Publika.az xəbər verir ki, "Bu iddialar “yalan”dır və Ukrayna liderinin belə bəyanat verməsi təəssüf doğurur", - deyə Rubio bildirib.
ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton Kiyevə yalnız bir məsələni açıq şəkildə izah edib: təhlükəsizlik zəmanətləri yalnız müharibə başa çatdıqdan sonra qüvvəyə minə bilər!
Dövlət katibi vurğulayıb ki, bu yanaşma heç bir halda ərazi güzəşti, xüsusilə Donbasdan imtina ilə əlaqələndirilməyib. Ukrayna rəhbərliyinə Rusiyanın mövqeyi çatdırılıb və artıq seçim etmək növbəsi Kiyevə aiddir.
Rubio əlavə edib ki, əgər Ukrayna tərəfi kompromisə getməkdən imtina edərsə, müharibənin davam etməsi qaçılmaz olacaq:
"ABŞ-ın təhlükəsizlik təminatları aktiv münaqişə şəraitində tətbiq edilə bilməz, çünki bu, Vaşinqtonu birbaşa müharibəyə cəlb edə bilər".
Bundan əvvəl Zelenski ABŞ-nin təhlükəsizlik zəmanətlərini Donbasın Rusiyaya verilməsi ilə əlaqələndirdiyini bildirmişdi.
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi





















.jpg)












