Magazin1
Nanə yenə əməliyyat olundu
Aparıcı Nanə Ağamalıyeva yenidən gözlərindən əməliyyat olunub.
Publika.az xəbər verir ki, o, bu barədə paylaşım edərək illərdir görmə qabiliyyətində olan problemlərdən qurtulduğunu bildirib:
"2013-cü ildən etibarən hər iki gözüm zəifləmişdi və mən 13 il ərzində +3.5 ölçülü linza və eynəkdən istifadə edirdim. Nəhayət, qərar verdim ki, artıq bu gün əməliyyat olunum. Bu əməliyyatda yaxın və uzaq görmənin bərpası üçün linza tətbiq olundu. Artıq həm yaxın məsafəni, həm də uzağı ideal şəkildə görürəm.
Bildiyiniz kimi, daha əvvəl göz rəngi dəyişmə əməliyyatı da keçirmişəm. Bu səbəbdən qeyd etmək istəyirəm ki, göz rəngini dəyişdirmiş pasiyentlər də bu cür linza əməliyyatına rahatlıqla müraciət edə bilərlər.
Hazırda bu sözləri yazdığım anda belə eynəksiz olduğuma inana bilmirəm. Əməliyyat isə bu gün olub. Mənim üçün çox duyğulu anlardır. Çünki ilk dəfədir ki, uzun illərdən sonra hər şeyi bu qədər aydın, parlaq görürəm.
Bu gün həyatımda xüsusi bir gündür. 27 mart 2026, cümə günü. Bu əməliyyat sadəcə görməni düzəltmir. O, insanın gündəlik həyat ritmini dəyişir. Səhər oyanırsan, əlin avtomatik eynəyə getmir. Telefonu götürürsən, heç nəyi yaxınlaşdırmadan oxuyursan. Uzağa baxırsan, hər şey daha aydın və daha dəqiq görünür".
Xatırladaq ki, Nanə daha əvvəl göz rəngini dəyişdirmək üçün əməliyyat olunmuşdu.
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı







.jpg)

.jpg)





.jpg)







.jpg)












.jpg)


