Region
SEPAH-a qarşı “konserv əməliyyatı” - Açan kimi partlayıb
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölmələrinin hərbçilərinə içərisinə partlayıcı yerləşdirilmiş tuna balığı konservləri paylanılıb.
Publika.az xəbər verir ki, bu barədə İran mediasına istinadla kp.ru saytı məlumat yayıb.
Qeyd olunub ki, İranın Fars əyalətindəki "Bəsic" yarımhərbi könüllülər dəstəsi tərkibində tuna balığı konservi olan standart ordu rasionları alıb, lakin bankaların içərisində gizlədilmiş partlayıcı qurğular olub və açılmağa cəhd edilərkən partlayışlar baş verib. Bu birləşmənin əsas tədarükçüsü respublikanın Müdafiə Nazirliyinin tabeliyində olan "Etka" holdinqidir. Holdinqin birbaşa güc strukturlarının qidalanması ilə bağlı olan məxsusi brendləri, o cümlədən tuna balığı konservləri istehsal edən "Delnoosh" markası mövcuddur.
İlkin məlumatlardan sonra SEPAH daxili ərzaq təchizatı sistemini faktiki olaraq dayandırıb və hərbçilərə mövcud partiyalardan olan konservlərdən istifadə etməmək barədə xəbərdarlıq edib.
Hadisədə 2024-cü ildə Livanda "Hizbullah" qruplaşmasına qarşı gizli rabitə üçün istifadə edilən yüzlərlə peyceri minalayaraq əməliyyat keçirən İsrailin əli olduğu ehtimal edilir. Həmin hadisə müasir tarixdə xüsusi xidmət orqanlarının ən genişmiqyaslı və texnoloji cəhətdən mürəkkəb əməliyyatlarından biri hesab olunur.
Hüseyn İbadlı
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər




































.jpg)
