Finlandiyanın hava məkanı pozuldu: Naməlum dronlar...
Bizi izləyin

Dünya

Finlandiyanın hava məkanı pozuldu: Naməlum dronlar...

Finlandiya Müdafiə Nazirliyi bazar günü ölkənin cənub-şərqində iki pilotsuz təyyarənin qəzaya uğraması barədə məlumat yayıb.\

Publika.az xəbər verir ki, məlumata görə, bazar günü səhər dəniz akvatoriyası üzərində və Finlandiyanın cənub-şərq hissəsində kiçik hündürlükdə yavaş hərəkət edən bir neçə kiçik obyekt aşkar edilib. Dronların haradan gəldiyi məlum deyil. Dronlardan biri Kouvola şəhərindən şimaldakı, digəri isə şərqdəki əraziyə düşüb. Finlandiya Hərbi Hava Qüvvələri "F/A-18 Hornet" qırıcısından istifadə edərək identifikasiya uçuşu həyata keçirib.

Hadisə ilə bağlı ölkənin müdafiə naziri Antti Hakkyanen sosial şəbəkədə açıqlama yayıb.

"Dronlar Finlandiya ərazisinə daxil olub. Biz bu məsələyə çox ciddi yanaşırıq", - nazir bildirib.

O, insidentlə bağlı araşdırmanın aparıldığını vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm